TRİBUNA - Parçalanma və bütövləşmə Featured

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

Artıq III dövrdə bütün dünyanın əsasən yekcins Tropik florası 3 qrupa bölünməyə başladı. Ardınca iqlim diferensasiyalaşdı və biosferin inkişaf tarixi ayrılmağa başladı.

 

Şimal Yarımkürəsində Tropik vilayətin kənarında Holarktik (yunanca “qolos”-bütün, “arktikos”-şimal) flora quruppası yarandı. Bura bir flora vilayəti- Holarktik vilayət daxil idi. Ekvatorun yaxınlığında Pantropik (yunanca “pantropi”-hər iki yarımkürəni əhatə edən tropik) flora quruppası yarandı ki, bura Neotropik (yeni tropik) və Paleotropik (qədim tropik) flora vilayətləri daxil idi. Cənub Yarımkürəsində isə Tropik ərazinin kənarında Holantarktik flora qurupuna daxil olan Avstraliya, Kap və Antarktida flora vilayətləri yarandı.

 

Ümumiyyətlə mövcud olan hər şey nələrinsə birləşməsi və ya parçalanmasının indiki anda görünmələri, var olmaları deyilmi?

Məsələn, biz özümüz, 100 il əvvəl haralarda, hansı formada idik? 100 il sonra necə olacıq? Təbii ki, yox deyildik və yox olmaycağıq. 

Belə deyək, məsələn, bu gün gördüyümüz pendir dünən süd idi, sırağa gün keçinin süd vəzilərində idi. Zamanla geri gedəndə otlarda torpaqda, havada, suda parçalanmış vəziyyətdə idi. 

Bu mənəda insan və ya var olan hər şey də zamanla geri gedəndə haralardasa səpələnmiş halda olub, bu gün mövcuddur, sabah yenə haralrsa səpələnəcək.

Demək ki, mövcudluq səpələnmək və bütövləşməyin mərkəzindəki xüsusui haldır.

Zamanla geri gedəndə xalqlar da ya Adəm və Həvvada, ya da primatlarda birləşirlər.

Zaman keçdikcə Bitkilər aləmi kimi dünyaya yayılıb, fərqli su, torpaq, hava, qida və s. amillərin təsirindən diferensasiya edib, xalqlar qrupu və xalqlar əmələ gəlib. 

Şükür ALLAHA ki, biz də Azərbaycan xalqı kimi ali bir xalq olmuşuq.

Birləşmə parçalanma yazanda xoş bir xatirə yadıma düşdü.

7-ci ya 8-ci sinifdə oxuyurduq. Rəhmətlik kimya müəllimimiz Sabir müəllim məni lövhəyə çıxardı. Birləşmə və parçalanmaya aid reaksiyalar yazmağımı istədi, dərsimiz o idi.

Mən də oxumurdum, səhlənkarlıq edirdim, dərsdə müəllimə qulaq asmaqla hər şeyi bildiyimi zənn ediridim. Və dərs başlayan kimi də, kitab -dəftəri vərqələyib, çulumu sudan çıxarırdım. Bunu müəllim hiss etmişdi. Odur ki, imkan vermədi kitaba baxım, dərhal löhvəyə çıxardı.

Bir parçalanma reaksiyası yazdım. Dedi birləşmə yaz. Həmin reaksiyanın tərsini yazdım, düşdüm ki, parçalanıbsa  belə də birləşər..

Qulağımın dibindən necə şillə dəydisə, elə bil dinamit partladı.

- elə bilirsən, hər parçalanan birləşir? - Sabir müəllim isehzalı və əsəblə soruşdu.

Dostumu Habili də eləcə çıxardı löhvəyə, o da bir reakiya yazdı.

Müəllim:

-bu reakiyanı harada oxumusan?

-kitabda..

-gəl göstər

İndiki kimi yadımda dostum tabaşirə batmış barmaqlarıyla kitabı aşağı yuxarı vərəqləyirdi, həmən o olmayan reaksiyanı axtarırdı. Necə şillə dəydisə, elə bil banka ağzı atddı, "Pakk" elədi.

Sonralar biz kimyanı yaxşı oxumağa başladıq. Sabir müəllimin yanına birgə hazırlığa getdik. Simvolik pul verirdik, gah da vermirdik. O bizi elə hazırlaşdırdı, öyrətdi ki, sonralar biz rayonumuzda, mən kimya-biologiya təmayül məktəbdə olimpiadalardan 1-ci, 2-ci yerlər tuturduq. Hətta institutlar arası olimpiadad da Vüqar, Fərman dostlarımla Pedoqoji Universiteti ikinci yerə çıxarmışdıq.

İndi də kimyadan bildiklərimin 80-90 faizi Sabir müəllimin öyrətdikləridir.

Sabir müəllimin şilləsi hara parçalandı? Necə oildu?

Habil dostumla mənim zəhmətimizlə birləşib kimya biliklərinə çevrildi.

ALLAH Sabir müəllimə rəhmət eləsin.

 

Ancaq mən düşünürəm ki, parçalanan nə vaxtsa birləşib, bütövləşəcək.

 

Bir nöqtə necə ki, parçalanıb , genişlənib, kainat əmələ gəldi, eləcə də sürətlə yığılıb, nöqtəyə keçəcək.

Elm-texnika dünya xalqlarını da yenidən birləşdirəcək, bütövləşdirəcək.

Ondan əvvəl isə Azərbaycanımız bütövləşəcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.