TƏLƏBƏ YARADICILIĞI – Rəqsanə Mehtiyevanın essesi Featured

Ad soyad: Mehtiyeva Rəqsanə 

Təhsil ocağı: Ağdam Sosial-İqtisad Kolleci

İxtisas: Məktəbəqədər Təhsil 2A 

Mövzu: Səssiz haray

 

Heç kimin gözünə görünməyən, amma içində dünyaları daşıyan bir qız vardı. Sükut onun dili, kölgələr isə dostu olmuşdu. Hər kəsin arasında tək, təkliyin içində itmişdi. Bu, onun səssiz mübarizəsinin hekayəsidir.

 

Hər şey onun məktəbi bitirməsi və universitetə qəbul olması ilə başlamışdı. Amma bu yeni başlanğıc, onun üçün azadlıqdan çox, içindəki boşluğun daha da böyüməsinə səbəb oldu. O sanırdı ki, burada onun yeni dostları, gözəl ətrafı, və şən bir həyatı olacaq. Ancaq heç də düşündüyü kimi olmadı. İnsanların üzlərindəki saxta gülüşlər, onun ruhundakı səmimiyyətə toxuna bilmirdi; o, bu gur səs-küy içində daha da tənha hiss edirdi özünü.

İlk dərs günü özünü yad hiss edirdi. Tanış olmayan insanlar, yad simalar və evindən, ailəsindən uzaq olmaq onu tənha hiss etdirirdi. Sinif otağında ətrafına boylandıqca, hər kəs bir-birinə tanış görünür, yalnız o, bu tablonun kənarında, kimsəsiz bir ləkə kimi dayanırdı. "Bəlkə hələ ilk gündür deyə belə hiss edirəm. Biraz vaxt keçsin, hamı ilə qaynayıb qarışacaq və mehriban olacam" deyə fikirləşirdi. Amma günlər keçdikcə nə simalar isindi, nə də səs-küylər içində ona ünvanlanan bir "salam" oldu; zamanla ümidləri də onun kimi susqunlaşmağa başladı. Niyə belə olurdu axı? 

Uşaqlıqdan onun ən böyük xəyalı idi universitet tələbəsi olmaq. Ancaq indi heç bu fikirdə deyildi. O, anlayırdı ki, bəzən xəyal etdiyimiz yerlər belə bizi xoşbəxt etməyə bilirmiş — çünki məsələ harada olduğumuzda deyil, kimlə olduğumuzdaymış. 

Zaman keçdikcə həmin sinifdə sadəcə 2 nəfərlə dostluq etməyə başlamışdı - Elgün və Dilarə. Onlarla keçirdiyi anlar bir az da olsa içindəki boşluğu azaldır, ona burada da aid ola biləcəyini xatırladırdı — amma bu bağlılıq da narın və ehtiyatlı idi, sanki bir anda yox ola bilərdi.

Vaxt keçdikcə o Elgünə daha bağlı olduğunu və bunun dostluqdan daha çoxu olacağını başa düşdü. Bu hisslərini Dilarəyə deməyi fikirləşdi. Ancaq susdu. O bilirdi ki, uşaq vaxtından hər nə istəyirdisə bir kəsə dedikdə istəyi əlindən alınırdı. Elə buna görə də o, bu məsələni Dilarəyə deməyə tərəddüd etdi. O, hisslərini içində böyütdükcə, Elgünlə keçirdiyi hər an həm onu sevindirir, həm də içində izaholunmaz bir qorxu oyadırdı — çünki bu dəfə də qırılmaqdan, bir daha toparlanmamaqdan qorxurdu. Dilarə onun Elgünə arabir baxışlarını tutmuş - "məncə əla yaraşırsız" - deyə zarafatyana sözlər də demişdi. Ancaq bunun həqiqi olduğunu bilmirdi. Həmin sözlər ürəyində bir ümid çırağı yandırmışdı, amma eyni zamanda Dilarənin gülüşünün arxasında gizlənən sirrlərin nə olduğunu anlamaq istəyirdi.

 

 

Bir bazar günü Elgün ilə birlikdə dərs hazırlamaq üçün onun evinə gedəcəkdi. Evin yerini dəqiq bilmirdi, yolda gördüyü yaşlı bir qadından soruşdu – Salam, xala, siz Elgünü tanıyırsız, onun evi hansıdır? 

"Sən Dilarəsən?" dedi ona. Dilarəni hardan tanıyırdı ki. Yox mən Dilarənin rəfiqəsiyəm, Elgünün evi hansıdır deyə bilərsiz zəhmət olmasa? Dedi. 

Qadın sakit səslə cavab verdi: "Bəli, Elgünün evi buradandır, köhnə məktəbin yaxınlığında, yaşıl qapılı sarı evdir. Yolunu azmamaq üçün sola dönəndə diqqətli ol, yol bir az dolaşıqdır."

"Yaxşı xala çox sağ olun" dedi. Yolu getdikcə beynində bir sual var idi. O qadın Dilarəni hardan tanıyırdı? Addımlarını sürətləndirib evə doğru yaxınlaşırdı, amma ağlında o sual dolaşırdı — Dilarə ilə qadın arasında gizli bir bağ, ya da bilinməyən bir sirr ola bilərdimi? Evə çatdı, qapını 3 dəfə ehmalca döydü. Elgün qapını açanda ona ilk sözü "Dilarə sənin evinə gəlmişdi?" oldu. 

Elgün bir anlıq donub qaldı, sonra dərin nəfəs alıb dedi: "Hə, gəldi... Amma bu, bizim aramızda danışılmayan çox şeylərin başlanğıcı oldu"

 "Niyə? Mənə niyə demədi onu? Sən çağırmışdın?" onu sual yağışına tutmuşdum. 

Elgün baxışlarını qaçıraraq cavab verdi: “Dilarə özü gəldi, mən çağırmamışdım... Amma hər şey o gündən sonra dəyişdi, sən bunu hiss edə bilərsən.” 

Nə? necə? noldu axı o gün? 

Elgün gözlərini yerə dikib yavaşca danışdı: “O gün Dilarə sənin haqqındakı hislərimdən danışdı... Mən isə hələ hazır deyildim, vəziyyət gərginləşdi və aramızda anlaşılmazlıqlar başladı.”

 Nə, mənim haqqımda? Axı bunu məndən niyə gizlədib?

Elgün üzünü qarışdırıb dedi: “Çünki mən öz hislərimi anlamırdım, qorxurdum ki, səninlə aramızdakı dostluq da pozular. Ona görə sənə deməkdən çəkinirdim.” 

Danışıb həll edə bilərik. Bəlkə daha yaxşı olar? 

Elgün yavaşca başını salladı: “Bəlkə də... Səmimi danışmaq hər şeyi aydınlaşdırar. Amma mənə vaxt ver, ürəyimi tam açmaq üçün hazır olmaq lazımdır.” 

“Yaxşı. Məncə bu gün dərs hazırlamaq üçün yaxşı bir gün deyil. Mən evə qayıdım.”

 Elgün gözlərində bir az ümid parıltısı ilə dedi: “Anlayıram, istirahət et. Sabah yenidən danışarıq, bəlkə o zaman hər şey daha aydın olar.” 

Sağollaşıb evə gəldi. Ancaq hələ də pazl parçaları kimi dağınıq idi. O gecə çox düşündü. Ancaq məntiqli bir cavab tapa bilmədi. Sükut içində keçən o gecədə, ürəyindəki suallar sanki daha da artdı; amma bilirdi ki, cavablar zamanla, və bəlkə də açıq ürəklə danışdıqca tapılar.

 

Ertəsi gün Dilarə dərsə gəlməmişdi. Dünənki sualları daha da artmışdı. Ancaq bu sualların cavabı kimdə idi? Dilarənin yoxluğu ürəyindəki boşluğu daha da dərinləşdirdi və onu bir qərara gətirdi — bu sirrləri, qəlbinin ağırlığını özündən başqa kimsəyə danışmadan tapmalıydı.

Elgün gəlib yanında oturdu. Dərs boyu asta səslə söhbət etdilər. Suallarının bir qisminə cavab tapmışdı. Ancaq Dilarə niyə ondan xəbərsiz hərəkət edirdi? Bu ki onun həyatı idi.

Elgün baxışlarını yerə dikərək, səmimi bir şəkildə dedi: “Dilarə öz qorxularıyla, sənə zərər vermək istəmədiyi üçün gizli addımlar atırdı. Onun hərəkətləri sənin üçün çətin olsa da, məqsədi sənin yaxşılığın idi.”

 

Günlər keçdikcə, aralarındakı anlaşılmazlıq dərinləşdi. Dilarənin sirr dolu davranışları Elgünün də əlindən çıxmağa başladı və o, tək qalaraq, özünü daha da tənha və boşluqda hiss etdi. Sonunda, içindəki ümidlər qırıldı, və o, heç vaxt əvvəlki kimi gülə bilməyəcək bir yerə çəkildi.

 

Dilarə hər gün aşiq olduğu oğlandan danışardı. Ancaq onun adını deməzdi. Adını soruşduqda "bilmirəm, sadəcə görmüşəm" deyirdi. Ancaq buna inana bilmirdi. Dilarənin gözlərində gizli bir kədər vardı, amma o, onun sözlərinin arxasında gizlənən həqiqəti heç vaxt tam aça bilmədi — sanki o, özünü də aldatmağa çalışırdı. Elgünlə onun təklikdə söhbət etmələrinə imkan vermirdi. Elgünə yaxın olmağa çalışır, onunla söhbət edir və dərs boyu gözünü ondan çəkmirdi. Bundan şübhələnməyə başlamışdı. Bu şübhələr ürəyində tikan kimi batırdı, amma arxasında gizlənən gerçəyi üzə çıxarmaqdan qorxurdu — çünki bəlkə də Dilarənin Elgünlə arasında düşündüyündən daha dərin bir bağ vardı.

Dərsdən sonra Elgünün evinə getmək qərarı aldı. Ancaq bunu heç kimə demədi. Qapının zəngini çaldıqda qapını Dilarə açdı. O an dünya dayanmışdı onun üçün. Dilarənin gözlərində qarışıq bir duyğu vardı — həm təəccüb, həm də gizli bir narahatlıq. O səssiz an, ürəyində uzun zamandır susan şübhələrin və qorxuların qığılcımını yandırdı. 

Sən burda nə edirsən? - təəccüblə soruşdu. 

Dilarə səsini titrədərək cavab verdi: “Mən... mən sadəcə Elgünə bir şey vermək üçün gəlmişdim. Amma sən... sən buradasan, nə üçün?” 

Qapını tam açaraq içəri girdi. Elgün "Dilarə, gözəlim kimdi gələn" dedikdə gözündən axan yaşlar yerə düşdü. Elgün təəccüblənmiş və bir anlıq susmuşdu, amma sonra səsini alçaltdı: “Biz bunu sənə deməliydik... Amma bilmirdik necə...”

 

O an qəlbində bütün qaranlıq, bütün gizli incikliklər bir anda parçalanıb dağıldı — amma bu parçalanışla birlikdə, tərk edilmişlik hissi daha da dərinləşdi. Axı o kimsəsiz idi. O, həyatı bu universitetdə tapacağına inanmışdı. Ancaq düşündüyünün tam əksi oldu. O an anladı ki, bəzən insan ən çox ehtiyac duyduğu yerdə belə tək qala bilər; universitet, dostlar, sevgi – hamısı yalnız bir xəyal olaraq qalır, ürəyində dərin bir yaraya çevrilir.

 

Günlərdən bir gün, o, boş koridorlarda addımlayarkən birdən dayanıb arxasına baxdı — arxasında isə heç kim yox idi. Qəlbindəki səssiz boşluq, heç kimin doldura bilməyəcəyi bir dərd kimi ağırlaşdı. O, anladı ki, bəzən ən böyük tənhaqlıq, insanların yanında olmaq deyil, öz ürəyində itməkdir. Həyatın səs-küyü arasında səssiz bir fırtına kimi qalmış, heç kimin anlamadığı bir hekayənin sonuna çatmışdı.

Bəlkə də tək həqiqət, tənha qalan ruhların öz-özünə yazdığı bu səssiz və kədərli musiqidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.