Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Aran təmsilçisi
Aranda yaşamaq belə çətindir
Bir dağ yoxdu ki, atasan özünü
Bu düzün, düzənliyin harasından asasan özünü?
Haray çəkib qışqıranda bir dağ yoxdu gedən səsin qayıda.
Bu şəhərin o başı da, bu başı da düzənlik,
Buranın hər bucağında Allah var
Günahımız həmd olsun ki, hesabsız.
Buraların dağı yox ki, günahını gizləyəsən
Yığışanda boğazına cümlələrin
Allah ilə danışmaqçün bir dağ yox ki,
Dırmanasan başına,
Yaxın olub Allahına danışasan dərdini…
İndi bir dağ yaratmağa gücün yoxmu İlahi?
Gedib bu Mil düzündə
Özümüzü hardan asaq?
Hardan ataq???…
“Ədəbiyyat və incəsənət”
(02.06.2025)