“ASAN Viza”da xüsusi gün – əməkdaşları uşaqlar əvəz ediblər Featured

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sosial təşəbbüs reallaşdırıb.

Təşəbbüs çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkəyə gələn xarici qonaqları “ASAN Viza” əməkdaşları əvəzinə uşaqlar qarşılayıblar.

Marqlıdır, deyilmi?

 

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, məqsəd uşaqlar üçün bu əlamətdar gündə xoş təəssürat və sevincli anlar yaşatmaq, yaddaqalan təcrübə əldə etmələrinə dəstək olub.

Xarici qonaqlar uşaqlar tərəfindən ölkəmizin mədəniyyəti, qonaqpərvərliyi və digər istiqamətlərdə məlumatlandırılıblar.

Bu təşəbbüs “ASAN xidmət” brendinin sosial məsuliyyət tədbirlərinə önəminin artırılması, həm də ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği istiqamətində atılan növbəti addımdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.