Və ya, heç peşmançılıq hissi keçirtmişikmi? -ESSE Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

"Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram".

Fikirlərimə Camal Sürəyyanın aforizmi ilə başlamaq qərarına gəldim. Gəldim çünki, bu gün biraz fərqli, yəni biraz qəliz bir mövzu haqqında- Peşmançılıq və vicdan barədə danışacağam.

 

Peşmançılıq deyəndə nə başa düşülür? Və ya, heç peşmançılıq hissi keçirtmişikmi? Təqsirləndirilən şəxslər "etdiyim əməldən peşmanam və ya peşman deyiləm" deyəndə fikirlərində nə dərəcədə səmimidirlər? Onlar gecə yatanda vicdanları ilə qarşı-qarşıya gələndə hesabatlarını nə cür verirlər?

Ümumiyyətlə, bu mövzunun dərinliyinə getdikcə gördüm ki, çox insan "peşmanam" deyəndə səmimi görünmürlər. Nəyə görə? Çünki ALLAH heç bir qulunun yaşatdıqlarını yaşamadan canını almır. Ona görədə əsl peşmançılıq hissi edilən səhvlər gözünün önündən film lenti kimi keçəndə gəlir. Hər bir insan canını tapşırdıqdan  sonra yeddi dəqiqə ərzində bütün etdikləri gözünün önünə gəlir. Bu yeddi dəqiqə kiminə əzab, kiminə də hüzur bəxş edir. İnsan peşmançılığını qarşısındakına deyildə, qəlbinə və qəlbən söyləyəndə yaxşı olur.

Bəs "peşman deyiləm" deyəndə nə başa düşülür? Etdiyimiz yaxşılıqlardanmı yoxsa etmədiklərimizdənmi peşman deyilik? Bu məntiq əslində dilin altında gizlənən çox şeyi aşkara çıxarır. Qarşısındakı insan nə qədər qəddar və zalım olsa belə qəlbində ALLAH qorxusu olan biri hər zaman peşman olmadığını və vicdanının rahat olduğunu qəlbən söyləyir.  

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.