Ən məşhur yay yeməkləri – Gazpaço Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yay mövsümündə dünyanın müxtəlif ölkələrində daha çox yüngül, təravətləndirici, bol tərəvəzli və meyvəli yeməklərə üstünlük verilir. Dünya mətbəxinin yaya aid ən məşhur 10 yeməyi və onların qısa hazırlanma resepti təqdim olunur. Bələdçimiz dünya mətbəxinə aid minlərlə resepti ilə məşhur olan BBC  good food nəşridir.

 

1. Gazpaço (İspaniya)

Xüsusiyyəti: Dünyanın ən məşhur yay şorbalarından biridir.

Lazım olan ərzaqlar:

  • 1 kq yetişmiş pomidor
  • 1 xiyar
  • 1 yaşıl bibər
  • 1 diş sarımsaq
  • 2 dilim çörək
  • 3 x.q. zeytun yağı
  • 1 x.q. sirkə
  • Duz

Hazırlanması:

1.    Tərəvəzləri doğrayın.

2.    Çörəyi isladın.

3.    Hamısını blenderdə püre halına gətirin.

4.    Soyuducuda 2 saat saxlayın.

5.    Soyuq halda servis edin.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.