Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub Featured

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən "Hala Podcast" kanalında "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycan haqqında danışılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azərbaycanı kəşf et!" layihəsinin rəhbəri Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib.

Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb.

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/8utb-yfsQOY?si=BsfRPvx5WZSkYN-J

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.