Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Sacın üstündə bişən Günəş…
Balakən-Zaqatala bölgəsinin dağətəyi kəndlərində sübh tezdən qalxan anaların hazırladığı, evin içinə süd, sac və isti ocaq qoxusu yayan bir ləzzətdir maxara. Sadə tərkibinə baxmayın – bu yeməkdə ailə var, hüzur var, qədimdən gələn bir ənənə var.
Maxara, adını həm formasından, həm də hazırlanma üsulundan alır. Süd, un, yumurta və duzdan ibarət sadəcə yal edilir – yəni bütün ərzaqlar axıcı bir qatılıqda qarışdırılır. Sonra bu qarışıq qızdırılmış sacın ortasına tökülür və Günəş şəklində yayılır. Ortası yumşaq, kənarları isə xırt-xırt bişir.
Balakən və Zaqatala tərəflərində bu yemək həm səhər yeməklərində, həm də qonaq süfrələrində tez-tez hazırlanır. Bəzən üstünə bal, bəzən qaymaq, bəzən də heç nə əlavə olunmadan – tək özü ilə doyurur adamı.
El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər.
“Ədəbiyyat və incəsənət”
(29.05.2025)