İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Azərbaycan mətbəxi barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:
- "Mən qastrol həyatım boyu müxtəlif milli yeməklərin dadına baxmışam, amma Azərbaycan mətbəxi məndə ən güclü təəssürat yaradıb. Heç kim quzunu azərbaycanlılar kimi dadlı hazırlaya bilmir." Andrey Çernışov
- "Azərbaycan mətbəxi olduqca dadlı, müxtəlif, rəngarəngdir, lakin həm də çox təhlükəlidir. Təhlükə ondandır ki, yeyir, çəkinin qarşısını ala bilmirsən." İlham Əliyev
- "Azərbaycan dolması — Qafqazda ən dadlıdır." Anna Netrebko
- "Dünyanın bir çox ölkələrini ziyarət etmişəm və dünyanın bir çox mətbəxini tanıyıram, amma mənim üçün — Azərbaycan mətbəxindən daha dadlısı yoxdur." Vüqar Həşimov
- "Azərbaycan mətbəxi son dərəcə dadlıdır. Eyni zamanda, xörəklər zərif və romantik şəkildə təqdim olunur." Alla Puqaçova
- "Dünyada tanış olduğum ən yaxşı mətbəx - Azərbaycan mətbəxidir." Yuli Qusman
“Ədəbiyyat və incəsənət”
(02.05.2025)