İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Coş Düamel (Josh Duhamel) — amerikalı aktyor, rejissor və prodüserdir. O, xüsusilə “Transformers” film seriyasında Uilyam Lennoks obrazı, «Las Vegas» teleserialında Denni Makkoy rolu ilə tanınır. Hollivudun həm döyüş, həm də romantik komediya janrlarında çəkilən aktyorlarından biridir.
Bu gün onun doğum günüdür, 54 yaşı tamam olur.
Coş Düamel 14 noyabr 1972-ci ildə ABŞ-ın Şimali Dakota ştatının Minot şəhərində anadan olub. Tam adı Coşua Devid Düameldir (Joshua David Duhamel). O, üç bacısı ilə birlikdə böyüyüb. Gənclik illərində idmana, xüsusilə Amerika futboluna böyük maraq göstərib. Minot Dövlət Universitetində təhsil alaraq biologiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib.
Əvvəlcə stomatoloq olmaq istəsə də, sonradan həyatını incəsənətə və aktyorluğa həsr etmək qərarına gəlib. Coş Düamel karyerasına model kimi başlayıb. 1997-ci ildə Beynəlxalq Modelləşdirmə və İstedad Assosiasiyasının müsabiqəsində ilin ən yaxşı kişi modeli adına layiq görülüb.
1999-cu ildə “All My Children” teleserialında Leo dü Pres obrazı ilə aktyorluğa başlayıb. Bu rol ona böyük tamaşaçı rəğbəti qazandırıb və Daytime Emmy mükafatına namizədliklər gətirib. 2003-cü ildə həmin mükafata layiq görülüb. 2003-cü ildə “Las Vegas” teleserialında Denni Makkoy obrazını canlandırmağa başlayıb.
Bu layihə onun televiziya sahəsində tanınmasına mühüm təsir göstərib. 2007-ci ildə Maykl Beyin rejissorluğu ilə çəkilmiş «Transformers» filmində kapitan Uilyam Lennoks obrazını canlandırması isə onun beynəlxalq şöhrətini artırıb. Aktyor sonrakı filmlərdə də bu obrazı canlandırıb.
Coş Düamelin çəkildiyi tanınmış filmlər:
1. The Picture of Dorian Gray (2004) — Dorian Qreyin portreti
2. Win a Date with Tad Hamilton! (2004) — Tad Hamiltonla görüş qazanın!
3. Turistas (2006) — Turistlər
4. Transformers (2007) — Transformerlər
5. Transformers: Revenge of the Fallen (2009) — Transformerlər: Məğlub olanların qisası
6. When in Rome (2010) — Romada olarkən
7. Life as We Know It (2010) — Bildiyimiz kimi həyat
8. The Romantics (2010) — Romantiklər
9. Ramona and Beezus (2010) — Ramona və Bizus
10. Transformers: Dark of the Moon (2011) — Transformerlər: Ayın qaranlıq üzü
11. New Year's Eve (2011) — Yeni il gecəsi
Aktyorun iştirak etdiyi tanınmış televiziya layihələri:
- All My Children (1999–2002) — Bütün övladlarım
- Las Vegas (2003–2008) — Las-Veqas
- Battle Creek (2015) — Battl-Krik
- 11.22.63 (2016) — 11.22.63
- Unsolved (2018) — Açılmamış sirr
- Jupiter's Legacy (2021) — Yupiterin irsi
- Ransom Canyon (2025–2026) — Ransom Kanyonu
Mükafatları və nailiyyətləri
- 1997-ci ildə ilin ən yaxşı kişi modeli adına layiq görülüb.
- 2003-cü ildə «All My Children» serialındakı roluna görə Daytime Emmy mükafatı qazanıb.
- Müxtəlif televiziya və kino mükafatlarına namizəd göstərilib.
“Ədbiyyat və incəsənət”
(14.11.2026)


