İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Guy Pearce (Qay Pirs) — tam adı Guy Edward Pearce — İngiltərədə doğulmuş, Avstraliyada böyümüş məşhur aktyor və musiqiçidir. O, xüsusilə psixoloji dram, kriminal və tarixi filmlərdə yaratdığı mürəkkəb obrazlarla tanınır.
Onun adını bu gün yersiz şəkmirik. Doğum günüdür, 59-u tamam olur.
Başlığın ardını gətirim -“Memento”da yaddaş problemi yaşayan Leonardı necə canlandırdısa hamını heyran qoydu və adı bol mükafatlar sırasına düşdü.
O, 5 oktyabr 1967-ci ildə anadan olub. Guy Pearce üç yaşında olarkən ailəsi Avstraliyaya köçüb və o, əsasən Geelong şəhərində böyüyüb. Atası təyyarə sınaq pilotu idi və Pearce hələ uşaq ikən atasını təyyarə sınağı zamanı baş verən qəza nəticəsində itirib. Anası isə müəllimə olub.
Gənclik illərində teatr və musiqiyə maraq göstərib. Məktəbi bitirdikdən sonra, 1985-ci ildə Avstraliyanın məşhur “Neighbours” serialında Mike Young obrazını canlandırmağa başlayıb. Bu serial onun tanınmasında mühüm rol oynayıb.
Pearce-in böyük kino sıçrayışı “The Adventures of Priscilla, Queen of the Desert” (1994) filmi ilə baş verdi. Daha sonra “L.A. Confidential” (1997) filmində detektiv Ed Exley obrazını canlandıraraq beynəlxalq səviyyədə məşhurlaşıb.
Onun ən məşhur filmlərindən biri Kristofer Nolanın “Memento” (2000) filmidir. Pearce burada yaddaş problemi yaşayan Leonard Shelby obrazını oynayır. Bu rol onun karyerasının ən yaddaqalan performanslarından hesab olunur.
Əsas filmləri
“The Adventures of Priscilla, Queen of the Desert” — Prissillanın sərgüzəştləri (1994)
“L.A. Confidential” — L.A. Konfidensial (1997)
“Memento” — Memento / Yaddaş (2000)
“The Count of Monte Cristo” — Monte Kristo Qrafı (2002)
“The Time Machine” — Zaman maşını (2002)
“The Proposition” — Təklif (2005)
“Factory Girl” — Fabrik qızı (2006)
“The Hurt Locker” — Təhlükəli missiya (2008)
“The King's Speech” — Kralın nitqi (2010)
“Animal Kingdom” — Heyvanlar səltənəti (2010)
“The Road” — Yol (2009)
“Prometheus” — Prometey (2012)
“Iron Man 3” — Dəmir adam 3 (2013)
“The Rover” — Səyyah (2014)
“Mary Queen of Scots” — Meri, Şotlandiya kraliçası (2018)
“The Brutalist” — Brutalist (2024)
“Iron Man 3” və digər məşhur rolları
Guy Pearce Marvel filmi “Iron Man 3” filmində Aldrich Killian obrazını canlandırıb. Həmçinin “Prometheus” filmində Peter Weyland rolunda çıxış edib. “The King's Speech” filmində isə Böyük Britaniya kralı VIII Edvardı canlandırıb. Film 2010-cu ildə Ən yaxşı film nominasiyasında “Oskar” qazanıb.
Televiziya fəaliyyəti və mükafat
Pearce televiziyada da uğurlu karyera qurub. “Mildred Pierce” mini-serialında Kate Winslet ilə birlikdə Monty Beragon obrazını canlandırıb. Bu rol ona 2011-ci ildə Primetime Emmy mükafatını qazandırıb — mini-serial və ya televiziya filmində ikinci plan aktyoru nominasiyasında qalib olub.
2021-ci ildə isə “Mare of Easttown” serialında Richard Ryan obrazını canlandıraraq yenidən Kate Winslet ilə tərəf müqabili olub.
Karyerasının sonrakı dövründə onun ən çox diqqət çəkən işlərindən biri “The Brutalist” (2024) filmi oldu. Burada Harrison Lee Van Buren Sr. obrazını canlandırıb. Bu performansına görə Oskar və BAFTA mükafatlarında ikinci plan aktyoru nominasiyası əldə edib.
Guy Pearce daha çox soyuqqanlı, sirli, psixoloji cəhətdən mürəkkəb və dramatik obrazları ilə seçilir. Onun filmoqrafiyasına baxdıqda həm detektiv və kriminal personajları, həm tarixi şəxsiyyətləri, həm də mənəvi cəhətdən ziddiyyətli insanları inandırıcı şəkildə canlandırdığı görünür.
Onun ən mühüm rolları arasında xüsusilə Leonard Shelby (“Memento”), Ed Exley (“L.A. Confidential”), King Edward VIII (“The King's Speech”), Aldrich Killian (“Iron Man 3”) və Harrison Lee Van Buren Sr. (“The Brutalist”) qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(05.10.2026)


