Luk Morrou, Şahzadə Henri, Heyz Kempbell və He-Man – hamısı bir arada Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nikolas Dimitri Konstantin Qalitsin (Nicholas Galitzine) — 29 sentyabr 1994-cü ildə İngiltərənin London şəhərində anadan olan rus əsilli britaniyalı aktyordur. O, xüsusilə romantik dramlar və gənclik filmlərindəki rolları ilə tanınır. Son illərdə isə daha böyük Hollivud layihələrində baş rollar almağa başlayıb.

 

Qalitsin uşaqlıq illərində idmana, xüsusilə reqbiyə maraq göstərib. Lakin zədələr onun peşəkar idmançı olmaq planlarına mane olub. Daha sonra aktyorluğa maraq göstərərək teatr tamaşalarında iştirak etməyə başlayıb. O, yeniyetməlik dövründə xor kollektivində də oxuyub.

Onun aktyorluq karyerasının başlanğıcında mühüm addımlardan biri Edinburq Festival Fringe çərçivəsində səhnələşdirilən Spring Awakening musiqili tamaşasında iştirakı olub.

Qalitsin kino fəaliyyətinə “The Beat Beneath My Feet” (Ayaqlarımın Altındakı Ritm) filmi ilə başlayıb. Daha sonra High Strung, Handsome Devil və The Changeover kimi filmlərdə rol alıb.

Onun tanınmasında xüsusilə “Purple Hearts” (Bənövşəyi Ürəklər) filmi böyük rol oynayıb. 2022-ci ildə Netflix-də yayımlanan filmdə Qalitsin Luk Morrou adlı dəniz piyadasını canlandırdı. Film onun beynəlxalq səviyyədə geniş auditoriya tərəfindən tanınmasına səbəb olub.

2023-cü ildə isə “Red, White & Royal Blue” (Qırmızı, Ağ və Kral Mavisi) filmində Britaniya şahzadəsi Henri rolunu oynayıb. Bu film onun ən məşhur işlərindən birinə çevrilib.

2024-cü ildə “The Idea of You” (Sənin Haqqında Düşüncəm) filmində Heyz Kempbell obrazını canlandırıb və filmdə Anne Hathaway ilə tərəf müqabili olub. Həmin il o, “Mary & George” (Meri və Corc) mini-serialında da Corc Villiers rolunda çıxış edb.

 

“Masters of the Universe”

Qalitsinin karyerasındakı ən böyük layihələrdən biri “Masters of the Universe” filmidir. O, burada məşhur komiks və animasiya personajı He-Man / Şahzadə Adam obrazını canlandırır. Film 2026-cı ilin əsas böyük fantastik layihələrindən biridir.

 

“The Mosquito Bowl”

2026-cı ildə onun rol aldığı diqqətçəkən digər layihə “The Mosquito Bowl” filmidir. Qalitsin burada Con Maklafri (John McLaughry) adlı amerikalı kollec futbolçusunu canlandırır. Hadisələr İkinci Dünya müharibəsi dövründə cərəyan edir və futbolçu gənclərin ABŞ dəniz piyadalarına qoşulmasından bəhs edir. Filmin kinoteatrlarda 30 oktyabr 2026, Netflix-də isə 25 noyabr 2026 tarixində yayımlanması planlaşdırılıb.

 

Şəxsi xüsusiyyətləri

Qalitsin aktyorluqdan əvvəl idmana ciddi maraq göstərib və səhnə fəaliyyətinə sonradan keçib. O, həmçinin “Cinderella” və digər layihələrdə vokal imkanlarını nümayiş etdirib. Nikolas Qalitsin hazırda romantik filmlərdəki rolları ilə məşhurlaşmış aktyordan daha geniş diapazonlu Hollivud aktyoruna çevrilir. Xüsusilə Luk Morrou, Şahzadə Henri, Heyz Kempbell və He-Man obrazları onun karyerasında mühüm mərhələlər hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.