50 yaşın mübarək, Anar Heybətov Featured

O indi serial industriyamızda parlayır

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Pərvanələrinrəqsi” serialındansonragəncxanımlardan çoxluməktublaraldı. Kamranobrazınaolansimpatiyalarındandolayı onayazırdılar. Onlaraevliolduğu üçünəksərəncavabyazırdı. Əksəriyyətiinciyirdiki, niyə cavabyazmırsan? Danışmaq, həttagörüşməkistəyirdilər. Onlaraanlatmaqistəyirdiki, aktyorkimioynadığı roluseviblər, bəyəniblər, həyatdaözünü görsələrbəlkə də bəyənməzlər...

Aktyor Anar Heybətovdan danışıram. Bu gün onun yubileyidir – 50 yaşı tamam olur.

 

Anar Heybətov 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 7 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Teatrdakı rolları

1. Mənim ərim dəlidir – Cangüdən

2. "Lənkəran xanının vəziri" — Əziz ağa

3. Rəqabət – Qaçay

4. Hərənin öz payı – Meyxanaçı Ələkbər

5. Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz

6. Varlı qadın – Qara

7. Hamlet – Laert

8. Kaş araba aşmayaydı – Buxuti

9. Mesenat – Zeynal bəy Səlimxanov

10. Xurşidbanu Natəvan – Daşdəmir

11. İmzanın hökmü (Muradın Kələkləri) – Murad

12. Körpüdən mənzərə — Rudolfo

13. "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy

 

Filmoqrafiya

- Ünvansız qız

- Bəyaz Həyat

- Olacağa Çarə Yoxdur

- Adam ol! 2

- Sonuncu şahid

- Kişiləri qoruyun

- Cavid ömrü

- Ayrılıq imiş

- Qaydasız döyüş

 

“Aktyor Anar Heybətov: “Küçədə gedəndə dalımca pis sözlər eşidirdim” adlı müsahibəsi olduqca maraq doğurur. Aliyənin götürdüyü və Kulis.az-da dərc edilən müsahibədən gəlin bəzi maraqlı fraqmentlərə göz yetirək.

-Bildiyimə görə tar məktəbinə getmisiniz. Aktyorluğu seçməyiniz necə oldu?

-Məktəbdə tədbirlərdə rollar ifa etmişəm. Cəbr-həndəsədən bizə Tofiq Bayramın həyat yoldaşı Zərifə xanım dərs deyirdi. O yarızarafat-yarıgerçək mənə deyirdi ki, sən gərək artist olasan. Bülbül adına orta ixtisas musiqi məktəbinin tar şöbəsini bitirmişəm. Amma heç vaxt belə həvəsim olmayıb. Yoldaşlarım kimi məşhur muğam ifaçılarını müşayiət etməyi arzulamamışam.

Məktəbi bitirəndə atamın və rəhmətlik anamın təkidi ilə könülsüz şəkildə Konservatoriyaya sənəd verdim. Bu yerdə Xalq Artisti Ramiz Quliyevə minnətdarlıq etməkdən doymuram, məni imtahandan kəsdi. Sonra bir il zərgərlik zavodunda işlədim. İşlədiyim zamanda da “Şou Əlili”nin konsertlərində aparıcılıq edirdim. Sonra da İncəsənət universitetinə, aktyorluğa sənəd verdim.

-Pərvanələrin rəqsi” serialından sonra daha çox tanındınız. Bunu nədə daha çox hiss etdiniz?

-Tanınmaq da oldu, sevilmək də. Hardasa özümüzü xoşbəxt sayırıq ki, “Pərvanələrin rəqsi” ilə tamaşaçılara nə isə verə bildik.

-Serialın uğuru nədə idi sizcə?

-Bu serialda hər şey bir-birini tamamlayırdı. Məncə, Rövşən İsax kastinqi uğurlu etmişdi. Bir rola çox aktyorları sınaqdan keçirdi. Tək Kamrana nə qədər aktyoru yoxlamışdı. Böyük filmlərdə olduğu kimi.

-Tamaşaçılar bəzən aktyoru obrazla eyniləşdirirlər. Belə hallar yaşamadınız ki?

-2007-2009-cu illərdə ANS-in “Bakfilm” studiyasının istehsalı olan “Qaydasız döyüş” adlı serialda MTN işçisini oynayırdım. O zaman balaca bir narazılıq olmuşdu ki, Anarın siması mənfi qəhrəman tipinə uyğun deyil. O zaman özümə dedim ki, əgər tamaşaçının nifrətini qazana bilsəm, bu, mənim uğurumdu. Serial efirə gedən vaxtlarda küçədə gedəndə dalımca pis sözlər eşidirdim. Əlbəttə obrazın ünvanına... (gülür)

-“Pərvanələrin rəqsi”ndəki Kamran obrazı haqda belə fikir var ki, o sevmədiyi qadınla evlənməklə, xəyanət etməklə çoxunun həyatını məhv etdi. Sizin özünüz bu mövzuda nə düşünürsüz?

-Çəkilişlərdən əvvəl müzakirələrdə Rövşən aktyorlardan öz obrazını müdafiə etməyi tələb edirdi. Aktyor öz obrazına bəraət qazandıra bilməsə, dəqiq oynaya bilməz. Haqlı olsa da olmasa da onu bəraətləndirə bilməli, anlamalıyıq. Kamran arvadına xəyanət edir. Amma axı arvadı da ona xəyanət edir-ondan gizlədirlər ki, heç vaxt övladı olmayacaq. Bir yandan da ikitərəfli qohumdular. Belə ailələr var. Bəyəm hamı sevib ailə qurur? Olur ki, tanış olur, bəyənir. Elə ailə quracağı adama hörməti olsa bu da yetər.

-Serialın problemləri...

-Birinci, onu deyim ki, biz seriala sənət kimi baxmırıq. Yəni, bu bədii film deyil. Serialsa bir mövsümlük işdir. Uzağı iki il ömrü var. Amma bu o demək deyil ki, biz serialda xaltura etmişik. Yox. Biz işə ciddi yanaşmışıq. Amma olur ki, gedirsən çəkiliş üçün kastinqə. Baxırlar, razılaşırlar. Qonorarda razılaşmırsan. Səni başqa birinə asanlıqla dəyişir. Halbuki sən ona yüzdə-yüz lazım idin.

-Deməli, güzəştə gedə-gedə serialı bərbad vəziyyətə qoyurlar...

-Hə... Çox vaxt aktyor deyilən məbləğə razılaşır ki, yoxsa gedib başqasını çəkəcək.

Lap adam bilsə ki, keyfiyyət, peşəkarlıq olacaq, “Pərvanələrin rəqsi”ndən də yaxşı bir iş qoyacaq ortaya, vallah, lap pulsuz da işləyərsən ki, bu sahəni yüksəldək, bəlkə üç ilə, beş ilə normal qonorar verərlər...

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.