Rejissor Babayevlərin biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, cox yaşamadı.  Amma yaşadığı müddətdə Azərbaycan kinosu üçün az iş görmədi. Babayevlər ailəsini kinorejissorlar ailəsi adlandırmaq olar. Arif Babayevin həm özü, həm də qardaşı Vasif tanınmış rejissor kimi ad eləyiblər...

 

 Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.

"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diploma, Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafata layiq görülüb.

Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplomla, "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat, "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatla təltif olunub.

2000-ci ildə Cəmil Quliyev tərəfindən Kinorejissor Arif Babayev adlı qısametrajlı sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib. 26 avqust 1983-cü ildə 54 yaşında vəfat edib.

 

Filmoqrafiya

Rejissor kimi

- Dostluq dili (film, 1959)

- Xəzərdə möcüzə (film, 1961)

- Xəzər sahilində şəhər (film, 1962)

- Şən əhvalatlar (film, 1963)

- Zirvə (1964)

- Şəhərimizin uşaqları (film, 1964)

- 10 dəqiqə poeziya (film, 1965)

- "Artek"in bütün qızılı (film, 1965)

- Bahar gəlir (film, 1965)

 

Ssenari müəllifi kimi

- Dostluq dili (film, 1959)

- Şəhərimizin uşaqları (film, 1964)

- 10 dəqiqə poeziya (film, 1965)

- "Artek"in bütün qızılı (film, 1965)

- Bahar gəlir (film, 1965)

- Biz arzu edənlər nəslindənik (film, 1965)

- Şəhər üzərində mahnı (film, 1965)

- Şirəli dağdan endi (film, 1966)

 

Aktyor kimi

- İnsan məskən salır (film, 1967)

- Bizi bağışlayın (film, 1979)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.