Daha çoxunu gözləyirdik Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Həqiqətən də bu aktyordan daha çoxunu gözləyirdik. Bir-iki filmə çəkildi, tərifləndi, sonra da kölgəyə çəkildi. Öncə KVN-də parlamışdı. Amma heç orada da gözə dəymədi sonradan.

 

İlham Qasımov 20 avqust 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. 261 saylı məktəbdə oxuyub. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb və çıxış edirmiş. Məktəbi bitirəndən sonra İlham Azərbaycan Texniki Universitetinə daxil olub. Universitet illərində də sənətə maraq göstərən İlham "Azərbaycan Dövlət İqtisad Universiteti"nin KVN komandasında (Biz biznesdənik) çıxış edib və komandayla 1994 və 1995-ci ildə Azərbaycan çempionu olub.

Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında əvvəlcə aktyor, sonralar isə ssenari müəllifi və rejissor qismində davam edib. Gənc yaşında 1994-cü ilin mayında "Yuxu" filmində Əliabbas rolunda çəkilib. İlhamə Quliyevanın "İncitmə qəlbimi" klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də "Məhəbbət Üçbucağı", "Music ball", "Nərdivan" verilişlərində çıxış edib.

Daha sonra Space telekanalında "Piramida", "Zəfər Zəngi" və "Auksion" verilişlərini aparıb. 2001–2006-cı illərdə "Planet Parni iz Baku" KVN teatrının üzvü olub. "Məhəllə 1" və "Məhəllə 2" filmlərində Ruslan (Rusik) obrazını canlandırıb. Bir çox baxımlı verilişlərin müəllifi və rejissoru olub.

Hazırda İlham Qasımov reklam çəkilişləri və kommersiya filmləri istehsalı ilə məşğul olan şirkətin rəhbəridir. Özü isə son zamanlar ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərir. 2015-ci ildə Tural Sevdimalı və DJ Fateh-lə birgə rejissorluğunu elədiyi Oğlan evi kinokomediyası ekranlara çıxıb.

 2016-cı ildə isə filmin 2-ci hissəsi [[Oğlan evi 2] təqdim olunub. 2017-ci ildə İranla Azərbaycanın müştərək istehsalı olan qurluşçu rejissor Babək Şirinsefat baş prodüser isə İlham Qasımov olan "Tayson" kinokomediyası ekranlara çıxıb. 02 may 2025-ci il tarixində İlham Qasımov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şuraya üzv təyin edilib

 

Filmoqrafiya

- Yuxu

- Məhəllə

- Məhəllə 2 Moskvada

- Xəyallar gündəliyi

- Oğlan evi

- Oğlan evi 2

- Tayson

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.