İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanımızı tarix boyu elm, ədəbiyyat və hərb sənətləri üzrə layiqli şəxsiyyətlərlə təmin edən Qazaxda zaman-zaman kino və teatr sahələrində də ustad sənətkarlar – rejissor və aktyorlar yetişiblər. Onlardan biri barədə sizə danışmaq istəyirəm. Bu gün anadan olmasının 83-cü ildönümü tamam olan mərhum Vaqif Şərifov barədə.
Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. Əslən Qazax rayonunun Yuxarı Əskipara kəndindəndir.1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb
Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İctimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləyib.
Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olub. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycan SSR əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilib.
Filmoqrafiya
- Acılar bitməz (film, 2009) — rol: İsmayıl
- Adam ol! (film, 2005) — quruluşçu rejissor; rol: erməni
- Adam ol! 3 (film, 2007)
- Aşiqlər (film, 2008)
- Cavad xan (film, 2009)
- Aktrisa (film, 2011) — rol: mühasib
- Bombaltı (film, 2019) — rol: Petya
Vaqif Şərifova 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilib. 2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Vaqif Şərifov 5 oktyabr 2021-ci ildə 78 yaşında vəfat edib. Sənətkar Gəncədəki Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.08.2026)


