Aleksey Batalovun yetirməsi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gülzar Qurbanovadan danışacam.Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunatanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifində oxumuş Gülzar Qurbanovadan. Rejissor Elxan Cəfərovun həyat yoldaşı, ssenarist Mailə Muradxanlının gəlini olan Gülzar Qurbanovadan.

 

Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olub.

1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli) kimi tamaşalarda çıxış edib.

“Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib. Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008)  və s. kimi filmlərdə müxtəlif rolları ifa edib.

“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb.

2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.

Xüsusən zabitəli, ciddi, nüfuzlu qadın rollarını gözəl canlandırır.

Əminik ki, rejissorlar biz tamaşaçıları Gülzar Qurbanovanın yeni-yeni rolları ilə sevindirəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.