O, "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O indi çox məşhurdur. Hətta adını, soyadını bilməyənlər belə simaca onu tanıyırlar. Kinosserial indisrtiyamızın ən tələbolunan aktyorudur.

O, Azər Aydəmir!

Bu gün doğum günü – 40 illik yubileyidir.

 

Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil alıb.

Köç və karyera artımı səbəblərindən birinci kursda təhsildən ayrılıb. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışıb. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.

2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublar şəbəkəsinin (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.  2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb.

İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilib. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 50-dan çox filmdə çəkilib.

Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir.

Həmçinin A. Aydəmir Çex respublikasının avtomobil markası olan Skoda brendinin Azərbaycan üzrə səfiridir. İctimai Televiziya ilə fəaliyyəti isə gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcılığı ilə başlayıb. Bundan əlavə (Discovery Science) tv kanalının "How the universe works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasına aparıcılıq edib. O, "Müasir Audiovizual Baxış" mükafatına layiq görülüb.

 

Filmoqrafiya

"Aktyor kimi"

1. Ağabəyovlar - Kamran Ağabəyov

2. Döngələr -  Kürən

3. Xoca - Yuri Kovalyov

4. Həyat çiçəyi - Yunis

5. Tək olanda qorxma...- Yevgeni

6. Mən evə qayıdıram - baş leytenant Timur Losev

 

"Ssenari müəllifi kimi"

- Sevgi Romanı

- Həmrəylik Günü

- Əqrəb mövsümü

- Viktoriya

- Şəbəkə

- O Kafe Storieslər

- Əqrəb mövsümü "İki dünya bir olsa da"

 

"Quruluşçu rejissor kimi"

O Kafe Storieslər (YouTube filmi)

 

"İkinci Rejissor kimi"

- Pərdə

- Şər qarışanda

 

"Aparıcı kimi"

- "44 gün – Zəfər Yolu"

- Sabaha Saxlamayaq

- 12-ci Sinif (YouTube layihəsi)

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.