İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
60 illik yubileyini yenicə keçirmişdi.
Üstündən hem bir ay da keçməmişdi.
19 avqust 2019-cu il tarixində ağır beyin kötüyü insultu keçirdi, gecə ilə xəstəxanaya çatdırıldı, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirildi. Amma vəziyyəti daha da ağırlaşdı, 21 avqust 2019-cu il tarixində vəfat etdi...
Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunub. Teatrda işlədiyi müddət ərzində S. Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E. Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E. Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O. Rəcəbov "Əlin cibində olsun"da oğlan, R. Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu rollarını özünəməxsuz ustalıqla ifa edib.
E. Sabitoğlu "Bankir adaxlı"da cangüdən, sərxoş ər, S. Fərəcov "Bir günlük siğə"də Parnok, O. Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim, M. F. Axundov "Kimyagər" tamaşasında Ağa Zaman , İ. Gözəlova "Min bir gecə" tamaşasında Padşah, Elçin " Baladadaşın toy hamamı" Əmirqulu, Ekzüperinin "Balaca şəhzadə" tamaşasında Əyyaş və s. obrazları özünəməxsuz ustalıqla oynayıb.
"Ay Yay Yay" serialında polis rəisi obrazını, "Kolxoz 85" serialında Şiraslan obrazını, "Anam, bacım, rus gəlin " serialında Fazil obrazını, "İmtahan" sürialında Eldar obrazını və "Niyə ?!" serialında Evro Kamandar obrazını canlandırıb.
Filmoqrafiya
- Qız qalası
- Ərazi
- Qəmbər Hüseynli
- Ayrılıq imiş
- 3 bacı (rol: böyrəyi alan həkim; təzə qonşu)
- Kolxoz 85 (Şiraslan obrazı)
- Axırıncı yol
- 28 iyun
- Ər quyusu (Əlövsət obrazı)
- İmtahan (Eldar obrazı)
- 11 b Bilik günü (Lenin obrazı)
- Anam bacım rus gəlin (Fazil obrazı)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)


