İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Ögeyana" filmininnövbəti çəkilişlərininbirində özatımı dəyişibbaşqabiratmindim. Baxmayaraqki, oqədərdə yaxşı atçapandeyiləm, atamindim. Atlarisə bunudərhalhissedirlər. Nə isə, atın üstünə oturankimielə götürüldü ki, uçurumunkənarındayüyənini çəkibbirtəhərsaxlayabildim. Yadımadüşdü ki, atı rameləmək üçüngərəkonuyorasan.
Onagörə də onudağadırmaşdırmağabaşladım. Həminoğlanlarisə atınməniuçurumunkənarınaapardığını görübqorxmuş, gedib Ələsgər Ələkbərovaxəbərvermişdilər. Mənqayıdandaelə yorulmuşdumki, atdangüclə düşdüm. Ələsgər Ələkbərovbuvəziyyətdənelə həyəcanlanmışdı ki, mənə bir şillə çəkdi, dediki, biriş görəndənəvvəlfikirləşməklazımdır. Sonra da özünü saxlaya bilməyib ağladı”.
Bu, Xalq artisti Hacı Murad Yagizarovun xatirələrindəndir…
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Babası İsmayıl bəy tanınmış vəkil olub. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra bütün ailəsi qarışıq Sibirə sürgün ediblər.
Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.
Hələ məktəbdə oxuduğu dövrdə Hacı Murad dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görüb. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.
1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.
Ələsgər Ələkbərovsonralardaaktyorunsənəthəyatındauğurqazanmasındaciddiroloynayıb. Belə ki, aktyorla Ələsgər Ələkbərov uzaq qohum olublar. Hacı Muradın kinoya gəlişində isə böyük aktyor birbaşa iştirak edib. Onun məsləhəti ilə Hacı rejissor Həbib İsmayılovun ekranlaşdırdığı "Ögey ana" filminə sınaq çəkilişi olmadan təsdiq edilib.
“Ögey ana" filmi aktyorun kinoda ilk böyük işi olsa da, o, ilk dəfə "Uzaq sahillərdə" filmində partizan rolunu ifa edib. Hərçənd, aktyor "Uzaq sahillərdə" filmində Mixaylo roluna sınaq çəkilişlərindən keçsə də, Mixaylo rolu üçün çox cavan olduğundan rola təsdiq olunmayıb.
Aktyora ən böyük uğur gətirən rol isə "Arşın mal alan" filmindəki Süleyman obrazı olur. O, özü bu filmə çəkilməsinin tarixini belə xatırlayır:
“Əslində, Tofiq Tağızadə bu filmdə məni Əsgər rolunda çəkilməyə dəvət etmişdi. Çəkiliş meydançasına gələndə Həsən Məmmədovu gördüm. Öyrəndim ki, onu da Əsgərə sınaq çəkilişlərinə çağırıblar. Həsənlə dost idim, aktyorluq fakültəsində birlikdə oxumuşduq. Ona görə Tofiq müəllimə yaxınlaşıb dedim ki, "Mən ssenarini oxudum. Süleyman rolu daha çox ürəyimə yatır".
Doğrudan da, Süleyman mənə ruhən yaxın idi. Tofiq Tağızadə "Sən nə danışırsan? Əsgər əsas roldur, baş roldur. Mən səni Əsgərə çəkmək istəyirəm" deyirdi. Süleyman bəy rolu üçün 18 aktyor sınaq çəkilişlərinə dəvət edilmişdi. Onların arasında Nodar Şaşıqoğlu, Məlik Dadaşov, Səyavuş Aslan var idi.
Əsgər roluna isə Rəşid Behbudov çəkilmək istəyirdi. Tofiq müəllim ikinci "Arşın mal alan"da cavanları çəkmək niyətinı gizlətmirdi. Məni qrimlədilər, bığımın üstünə əlavə bığ yapışdırdılar. Amma, ilk dublda heç nə alınmadı. Kənardan mənə zillənən baxışların altında elə bil əzilirdim.
Tofiq Tağızadə məni çəkmək istəyirdi. Ona görə mənə yaxınlaşıb, "Sənə nə mane olur axı? Özünü ələ al" dedi. Mən "Əlavə yapışdırılan bığlar mənə mane olur" dedim. Tofiq Tağızadə həmin dəqiqə bığları çıxartdırdı. Doğrudan da, ilk dubl uğurlu oldu. 24 yaşım var idi. Amma, məni qrimləyib, bir az qocaltdılar”.
Və ən nəhayət, şəxsi həyatı… Üç dəfə ailə həyatı quran Xalq artisti ilk məhəbbəti və ilk evliliyi barədə bunu danışıb:
“Mənim ilk məhəbbətim həm də ilk həyat yoldaşım gürcü qızı olub. Onu uzun müddət sevdim. Rusiyada tanış olmuşduq. Onun dərdindən dəliyə dönmüşdüm. Həmin xanım aktyorluq fakültəsini bitirmişdi. Atası Gürcüstanın tanınmış teatr rejissoru, qardaşları kinorejissor idi.
Onu mənə vermək istəmirdilər. Böyük mübahisələrdən sonra, bizə evlənmək qismət oldu. Bakıya gəldik. İngilis dilini gözəl bildiyindən Kinematoqrafiya İdarəsində xarici dillər üzrə baş məsləhətçi vəzifəsində çalışırdı. Bütün xarici filmləri ingilis dilindən rus dilinə tərcümə edirdi. Sonralar mənim razılığımla rejissorluq fakültəsini də bitirdi.
Amma Gürcüstanı çox sevirdi. Vətənindən qopa bilmirdi. Ona görə də, 5 gün burda, 5 gün orda olurdu. Mən də yollarda qalmışdım. Gedirdim, gəlirdim. Təbii ki, ailəni belə davam etdirmək çətin idi. Onun atası məni Gürcüstana dəvət elədi və təklif etdi ki, mənim üçün bütün şəraitləri yaradacaq.
3 otaqlı ev, maşın, teatrda da bütün baş rollar mənim olacaqdı. Mən düşündüm və başa düşdüm ki, bu həyat gözəldir, amma mənim üçün deyil. Mən ikinci planda qala bilmərəm. Axı, mən də Bakımı çox sevirdim. Mənim də anam, doğmalarım burada yaşayırdı.
Onları qoyub gedə bilməzdim. Həm də mənə ağır gəlirdi ki, kişi olan qadına sığınıb yaşamaz. Mənim ad-sanım, şöhrətim var. Bunların hamısı vətənimə aiddir. Belə məsələlərə görə bizim ailəmiz dağıldı. Ondan övladım olmadı”.
Filmoqrafiya
1. Arşın mal alan (film, 1965)
2. Aygün (film, 1960)
3. Babək (film, 1979)
4. Bağ mövsümü (film, 1985)
5. Bir cənub şəhərində (film, 1969)
6. Birisigün, gecəyarısı... (film, 1981)
7. Bizi bağışlayın (film, 1979)
8. Böyük dayaq (film, 1962)
9. Ən vacib müsahibə (film, 1971)
10. Gəmi saatının sirri (film, 1983)
11. Güllələnmə təxirə salınır!... (film, 2002)
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- "Qızıl Dərviş" mükafatı
- "Şöhrət" ordeni
- "Şərəf" ordeni
Aktyor 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2026)


