Kefli İsgəndərdən tutmuş Cəfər Cabbarlıyacan Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bilmirəm kim deyib ki, teatr qarderobdan başlayır. Niyə qarderobdan? Deyə bilmərəm. Əsaslandırmayıblar. Amma birini mən deyəsəm və əsaslandıracam – aktyor repertuarından başlayır. Sən olduqca istedadlı, hətta fitri istedadlı, tam peşəkar, ustad aktyor ola bilərsən, amma sənə verilən bəsit, monoton rollar səni daim kölgədə saxlaya bilər.

Aktyor Elxan Rzayevinsə ampluası və repertuarı üst-üstə düşüb.

 

Elxan Rzayev 29 iyun 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirib. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxıb. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub.

Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa edib. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə ifa edib.

Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışıb, kütləvi səhnələrdə aktyor kimi çıxış edib. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkib. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.

Cəfər Cabbarlının "Dönüş"ündə Ötgün Zamanbəyli, Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Nazim Hikmətin "Damokl qılıncı"nda Abe, Nəriman Nərimanovun "Nadir şah"ında Rzaqulu obrazlarının ifaçısı kimi yüzlərlə tamaşaçının məhəbbətini qazanıb. Hüseyn Cavidin "İblis"ində Vasif, Arif, Sofoklun "Elektra"sında Arest rollarını oynayıb.

İ. Kərimovun "Xəyanətin müsibəti"ndə İmam Hüseyn, Ə. Pəhləvaninin "İnsan və İblis"ində İblis, A. Babayevin "Oğul" tamaşasında II şəhid, A. Məmmədovun "Dəli Domrul"unda Dondar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında Rüstəm, Ə. Əliyevin "Unutqanlıq qorxunc bəladır"ında II kişi, A. Qurbaninin "Türk sancağı"nda Lütfəli bəy və repertuarında olan onlarca tamaşada baş rollarda çıxış edib.

 

Televiziya

Aparıcı olduğu verilişlər

Lider televiziyasında X+X verilişi

İctimai televiziyada X+X verilişi

Film və serialların dublyajında çalışdiğı televiziyalar^

AzTV, İctimai TV, Lider TV, Xəzər TV, ANS TV.

 

Filmoqrafiya

- Yeni həyat (Bədii televiziya filmi 2005) — Redaktor

- Cavid ömrü (film, 2007) — Orxan

- SSRİ-də doğulma (2008) — Prezident köməkçisi

- Seçilən (film, 2008) — Məmmədov

- Tahirənin intiqami (serial,2009) — Rasim

- Qağayı (serial, 2012) — Murad Rəsulov

- Sonun başlanğıcı (serial,2013) — Ağasəməd

 

Cavid teatrında oynadığı rol

- İsi Məlikzadə. "Gəl qohum olaq" — Qarakişi

 

Milli Dram Teatırında oynadığı rollar

- İlyas Əfəndiyev."Hökmdar və qızı"-Döyüşçü

- Cəfər Cabbarlı ."Aydin"- Fabrik İşçisi

- Mirzə Fətəli Axundov ."Lənkəran xanın vəziri"-Səlim Bəy

- Səməd Vurğun ."Fərhad və Şirin"-Döyüşçü

 

Baki Bələdiyyə Teatrında oynadığı rollar

 

- Cəlil Məmmədquluzadə. "Ölülər" — Kefli İsgəndər

- Hüseyn Cavid. "İblis" — Arif

- Cəfər Cabbarlı. "Dönüş" — Ötkün Zamanbəyli

- Nəriman Nərimanov. "Nadir şah" — Rzaqulu

- Nazim Hikmət. "Domoklın qılıncı" — Ab

- Mirzə Fətəli Axundov. "Müsyö Jordan və Dərviş Məstəli şah" — Şahbaz bəy

 

Təltif olunduğu mükafatlar

- 1996-cı ildə Səməd Vurğunun 90 illiyi ilə əlaqədar olaraq Respublika üzrə keçirilən şeir müsabiqəsinin qalibidir.

- 2006-cı ildə Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən ən yaxşı aktyor Nominatsiyasına layiq görülüb.

- 2013-cü ildə Müdafiə Naziri Zakir Həsənov tərəfindən Hərbi hissələrdəki çıxışlarına görə Fəxri Fərmanla təltif olunub.

- 2014-cü ildə Mədəniyyət və Turizim Naziri Əbülfəz Qarayev tərəfindən Respublikanın Fəxri Mədəniyyət İşçisi döş nişanı ilə təltif olunub.

- 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb

- 2022-ci ildə Azərbaycan Teatr xadimləri ittifaqının Diplomu və Mədəniyyət nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.