O bir teatr dahisi idi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1968-ciildə "Azəridramaturgiyasınınestetikproblemləri" mövzusundadoktorluqdissertasiyası müdafiə edə, 1960-cı ildənprofessorlan, sənətşünaslıqdoktoruMehdiMəmmədov "Azəridramaturgiyasınınestetikproblemləri", "Teatrdüşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onunsənətulduzu", "MoskvaAkademikBədayeTeatrı", "AleksandrTuqanov" (rusdilində), "Rejissorsənəti", "SabitRəhman" və digərkitablarınmüəllifidir. O, teatr aktyoru,  rejissoru, nəzəriyyəçisi, tədqiqatçısı, bilicisi idi. Belə ustadlar yüz ildə bir dəfə doğular, ya doğulmaz.

 

Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulub, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin il Moskvada ali rejissor təhsili almağa gedib.

1940-cı ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb.

Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb

İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb.

 

Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib. "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilmişdir. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942–1945), Milli Dram Teatrında (1960–1963), Opera və Balet Teatrında (1956–1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978–1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib

Gəncə teatrında "Bahar" (Məmmədhüseyn Təhmasib), "Madrid" (Mirzə İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" (İlyas Əfəndiyev və Mehdi Hüseyn) dramlarının quruluşçu rejissoru olub.

Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.

Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verib.

 Bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.

Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürüb. 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Kafedra müdiri vəzifəsində işləyib.

 

Filmoqrafiya

- Onu bağışlamaq olarmı?

- Azəri teatrının ustaları

- Cavidi xatırlarkən

- Qayıdış

- Dahilərin dostluğu

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə)

- "Oktyabr inqilabı" ordeni

- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

 

Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. 14 iyun 1998-ci onun 80 illik yubileyi ilə əlaqədar qərar qəbul edilib.

 23 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.