Rza Təhmasibin tələbəsi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ustaddan dərs almaq sənin həyatında çox şeyi dəyişir. Yazıçısansa romanların, rejissorsansa filmlərin, aktyorsansa rolların, müğənnisənsə ifaların, bəstəkarsansa bəstələrin daha mükəmməl olur. O da adı sağlığında əfsanəyə çevrilmiş professor Rza Təhmasibdən dərs almışdı...

 

Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasibdən başqa o, Fikrət Sultanov kimi sənətkardan da akytorluq sənətinin sirlərini öyrənib. 1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib.

2006-ci ilə qədər bu teatrda fəaliyyət göstərib (1996-ci ildən aparıcı səhnə ustası). Bir müddət Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdir müavini kimi işləyib. 2007-ci ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsini tutub.

 

Filmoqrafiya

- Nekroloq (film, 2001)

- Qeybdən gələn səs (film, 2002)

- Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis

- Dəvətnamə (film, 2003)

- Yol yoldaşları (film, 2003)

- Mükafat (film, 2004)

- Böyük ömrün davamı (film, 2007)

- Mürafiə vəkillərinin hekayəti (film, 2011)

- Sübhün səfiri (film, 2012)

 

Teatr səhnəsində yaratdığı obrazlar

1. Gənc qvardiyaçı Əli Dadaşov (Unutmayın, Y. Əzimzadə)

2. Orfey (Zəncirlənmiş Prometey, C. Məmmədov)

3. Qorxmaz (Qızaran üfüqlər, K. Aslanov)

4. Elşad (Sənin dostun, düşmənin, Əfqan)

5. Feyzulla bəy (Qonşu qonşu olsa, R. Əfəndiyev)

6. Həsənqulu (Danabaş kəndinin məktəni, C. Məmmədquluzadə)

7. Teymur (Pul dəlisi, Ə. Orucoğlu)

8. Direktor (Ərizə, M. Mürsəlov)

9. Qürbət (Mənim ağ göyərçinim, Tamara)

10. Qaraca çoban (Dədəm Qorqud, Ə. Dəmirçizadə)

11. Hüseynəli (Qaraca qız, S. S. Axundov və A. Şaiq)

12. Hüseynağa (Büllur sarayda, İ. Əfəndiyev)

13. Qədəm şax (Olmuş əhvalat, A. Babayev)

 

Tərcümə etdiyi pyeslər

- Napoleon (F. Brukner)

- Kreppin son lent yazısı (S. Bekket)

- Müsyo Amilkar və ya pullu adam (İv Jamiak)

- Sonuncu çılğın məşuq (N. Saymon)

- Yabanı çimərlik (S. Mixalkov)

- Məhəbbət zəlzələsi (E. E. Şmitt)

- Sevən ürəklər (M. Kamoletti)

 

Azərbaycan Dövlət Televiziyasında apardığı verilişlər

- Tələbə klubu

- Biz romantiklərik

- Birimiz və hamımız

- Hoş gördük, tələbə!

- Görüş yeri

- Qaravəlli

 

Azər Mirzəyev 19 iyul 2014-cü ildə - 62 yaşında Bakı şəhərində vəfat edib. Sabirabad rayonunda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.