Sadəcə tamaşa deyildi, bir istirahət, bir nəfəs idi Featured

Pəri Mehman,

təlimçi,təşkilatçı,filoloq,yazar.

“Ədəbiyyat və incəsənət”

 

Sumqayıt Dövlət Dram Teatrında yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı” tamaşası nümayiş olunub. Tamaşada Sumqayıt ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri, Space TV əməkdaları və teatrsevərlər iştirak ediblər.

 

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları Ümüd Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Rollarda Əməkdar artist İlahə Səfərli,aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Emil Həmidov çıxış ediblər.

“Gəlinlərin savaşı” tamaşası ailədaxili münasibətləri və qadınlar arasındakı psixoloji qarşıdurmanı təsirli şəkildə təqdim edən maraqlı səhnə işidir. Tamaşa məişət konfliktlərini daha dərin mənada insan xarakteri, eqo və qısqanclıq prizmasından göstərir. Aktyor oyunu səmimi və inandırıcı idi.Səhnə tərtibatı isə sadəliyi ilə mövzunu tamamlayırdı.Tamaşa həm düşündürür, həm də gündəlik həyatın içində gizlənən dramatik məqamları üzə çıxarır.

Ümumilikdə səhnə quruluşu, aktyorların peşəkarlığı və emosiyaların tamaşaçıya ötürülməsi yüksək səviyyədə idi. Hər detal incəliklə düşünülmüşdü. Teatr mənim üçün sadəcə tamaşa yox, bir istirahət, bir nəfəs idi. Belə sənət ocaqlarının olması qürurvericidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.