İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
…Xəstəxanadadiaqnozunu özü bildi, ammaqətiyyənsınmadı. Onusarsıdanyalnızteatragedə bilməməsiidi.
Görkəmli aktyorumuz KamalXudaverdiyevdəndanışıram, o, 3 may 1938-ciildə Bakıdadoğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib.
Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub.
Teatrda rolları
- Raul ("Orlean qızı" Fridrix Şiller)
- Fərman ("Yalan" Sabit Rəhman)
- Lətif ("Söz yarası" Qeybulla Rəsulov)
- Aslan ("Kəndçi qızı" Mirzə İbrahimov)
- Laert ("Hamlet" Vilyam Şekspir)
- İbad ("Almaz" Cəfər Cabbarlı)
- Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov)
- Otar ("Qəribə oğlan")
- Kamandar ("Bağlardan gələn səs")
- Kərim bəy ("Tənha iydə ağacı")
- Knyaz ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)
- Maqduf ("Maqbet", Vilyam Şekspir)
- Kral Lir ("Kral Lir", Vilyam Şekspir)
Filmoqrafiya
- Alov (film, 1979) — rol: Cəlal Qaşqay
- Apardı sellər Saranı (film, 1996)
- At ilinin birinci ayı (film, 1993)
- Atayevlər ailəsi (film, 1978) (İldırım)
- Bayramın Son Günü (Firuz)
- Birisigün, gecəyarısı... (film, 1981) — film səsləndirən: Pçelintsev (Yuozas Budraytis)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Dağıdılmış körpülər (film, 1996)
- Dağlarda döyüş (film, 1967) — rol: Baş leytenant Rəhimov
- De ki, məni sevirsən! (film, 1977) — film səsləndirən: Sürücü (Gümrah Rəhimov)
Oğlu Hüseyn Xudaverdiyev müsahibələrinin birində deyir:
"Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi, hə, dedi, onda nə edirsiz edin.
Əməliyyatdan sonra səsini itirdi. Dedi, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi.
Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi "artıq gecdir" dedi.
Sonuncu dəfə çox xəstə olsa da "Mesenat" tamaşasında oynayır. Tamaşaya yüksək qızdırma ilə gedir. Həmin gün həyat yoldaşına deyir ki, ola bilsin, bu, onun son tamaşasıdır…”
Aktyor 23 aprel 2008-ci ildə ürək çatımazlığından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


