Əsir düşsəm, özümü partlatmaq üçün üstümdə ehtiyat qumbara gəzdirirdim... – Belə deyir Xalq artisti Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sənətyolumdannarazı deyiləm.

Niyə narazı olumki? Nə etmişəmsə özseçimim, özistəyimolub. Dahaevimizə, Şuşayadönməyə çoxazqalıb. Tezliklə oradaolacağıq. Hətta ümidedirəmki, növbətiteatrmövsümünü bəlkə Şuşadaaçdıq. Gedib Şuşanı gördüm. Azadolunmuş torpaqlarımızaayaqbasabildim. Bütünyaşadığım çətinliklərə dəyərdi.

 

Bu sözlər Xalq artisti Şükufə Musayevaya aiddir. O, 23 aprel 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirib. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Aldığı yaralardan sonra dünyaya uşaq gətirmək qabiliyyətini itirib

Ş. Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S. Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M. F. Axundov), 2002-ci ildə keçirilən A. Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A. Həsənoğlu) kimi müxtəlif xarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülüb.

25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

 

Əsas rolları

- Arşın mal alan (Üzeyir Hacıbəyov) — Telli

- Özümüz bilə-rik (S. Ələsgərov və Ş. Qurbanov) — Nailə

- Durna (S. Rüstəmov və S. Rüstəm) — Nisə

- Ayının min bir oyunu (S. Qənizadə) — Gülcamal

- Marqaritka (A. Salakru) — Marqarita

- Gözəlləri necə qaçırırlar (B. Appayev) — Məkkə

- Xəlifə Leylək (V. Qauf) — hind şahzadəsi; saray əyanı

- Aydın (C. Cabbarlı) — Susanna

- Ağıllı adam (F. Mustafa) — qadın; dəli

- Şuşa dağlarını duman bürüyüb (Elçin) — Güləndam nənə

 

Şükufə Musayeva müsahibələrindən birində döyüş taleyi barədə deyib:

“Mən Bərdədə doğulsam da, həmin ərəfədə Şuşada işləyirdim. 1988-ci ildə Şuşada Mədəni Maarif texnikumunu bitirib Şuşa Mədəniyyət Evinə təyinat istəmişdim. O zaman hələ Şuşa Teatrı yox idi. Biz xırda tamaşalar hazırlayırdıq. Çox çətin günlər idi. Gərginlik yaranmışdı.

Şuşanı dəhşətli dərəcədə çox sevirdim. Ermənilərin hücumları başlayanda sakit qala bilməzdim. Nizami ordumuz yox idi. Könüllülərə qoşulub cəbhəyə getdim. Bacılarım ailəli idilər. Onlar deyirdilər körpəmiz, ailəmiz olmasaydı biz də gedərdik. Mən subay idim.

2 il vuruşdum. Yaralanana qədər. Ağdərə, Kəlbəcər, Laçın uğrunda döyüşlərdə iştirak etdim.

Gənc gözəl qız idim. Düşünürdüm ki, əsir düşə bilərəm. Üstümdə həmişə ehtiyat bir qumbara gəzdirirdim. Əsir alınsam, özümü partlatmaq üçün. Amma belə bir şey olmadı. Çox ağır yaralandım, döyüş yolum yarımçıq qaldı. Ağdərə uğrunda gedən döyüşdə yaralandım. Çox şey xatırlamıram. Yaralı yoldaşlarımı döyüş meydanından çıxarıb BMP-yə daşıdığım yadımdadır. BMP vuruldu. 8 nəfər ağır yaralandı, iki nəfər şəhid oldu. O yaralılardan biri də mən idim. Huşumu itirdim. Gözümü açanda xəstəxanada idim. Bütün bədənimi qəlpə yaralamış, üzümü parça - parça eləmişdi.

Başımdan, gözlərimdən, qarnımdan, ayaqlarımdan yaralanmışdım. Yaşayacağıma ümid etmirlərmiş. Möcüzə nəticəsində sağ qalmışam. Üz gözüm elə halda idi ki, bərpa olunacağını sanmırdım. İndi kiçik izlər qalıb. Buna şükür edirəm. Qulağımın biri eşitmir. Daha doğrusu yaxından söz deyiləndə eşitmirəm.

 

Həkimlər dedilər ki, bədənimə düz 100 qəlpə girib. Qan itirmişdim. Boğaz damarlarımı, gözümün ağını da qəlpə parçalamışdı. Havalar soyuyan kimi gözlərim, ayaqlarım hələ də ağrıyır. O yaralardan sonra övladımın olmayacağını da dedilər. İnanmamışdım. Düşünürdüm ki, olar. Uşaqları çox sevirdim. Çoxuşaqlı ana olmaq istəmişdim, həmişə. Müharibə arzumu ürəyimdə qoydu. Ana ola bilmədim. Başımdakı qəlpəni çıxarmaq üçün saçımın arxa hissəsini kəsib qırxanda hönkürmüşdüm. O qədər yara almışdım ağlamamışdım, saçım kəsiləndə ağladım.

Şuşanın alınması xəbəri ömrümün ən dəhşətli günü kimi yadımdadır. “Şuşa işğal olunanda Laçında döyüşlərdə idim. Qızğın döyüşlərlə düşməni geri çəkilməyə məcbur etdik. Xəbəri aldım, inanmırdım. Şuşa deyib ağlaşanların üstünə qışqırırdım ki, yalandır.  Şuşa tərəfə baxdım.

Şəhərdən qara tüstülər göyə qalxırdı. Onda dünya başıma yıxılmışdı. Yaralanandan sonra xəstəxanada da dəliyə dönmüşdüm. O halımda qalxmaq, döyüşə getmək istəyirdim. Yanımda torpaqların alınması xəbərini işlədə bilmirdilər. Dəli bilirdilər məni. Hər dəfə torpaqlarımızın işğal olunması barədə xəbər gələndə ağlayıb, qışqırırdım ki, ola bilməz. Deyirdim, mən dəli deyiləm, niyə inanmırsınız, bizim torpaqlarımız işğal oluna bilməz.

Bilirsinizimi, ömrümün ən gözəl gününü Şuşanın azad edilməsi xəbərini aldığım gün hesab edirəm. Əhd etmişdim, Şuşanı hansı dövlət başçısı alsa, əllərindən öpəcəm, ayaqlarına qapanacam. Mən bu mənada Prezidentimizə çox minnətdaram. Tökülən qanlar yerdə qalmadı. Biz məğlub ordunun əsgərləri idik. Hamımıza qürurumuzu qaytardı”.

Bax belə!

Bu cür qadınları olan Vətən əsla basılmaz.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.