RZA TƏHMASİBİN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yazıçı SüleymanRəhimovun «Mehman» əsəriəsasındarejissorMuxtarDadaşovun çəkdiyi “Qanunnaminə” filmində birobrazvar — Qaloş… Və bu obrazı da Rza Təhmasib canlandırıb. Filmdə mübarizə əsasənikipersonaj – prokurorMehmanlaprokurorluğunxidmətçisiQaloş arasındagedir. Daha çox “Mehman” adı ilə tanınanbuekranəsərinə baxanlarbilirki, Qaloş əkscəbhənin ümumiləşmiş obrazı kimi çıxış edir.
Mənfiqəhrəmanlariçərisində özünəməxsusluğuilə seçilənQaloş kinomuzdayaradılmış ənkoloritliobrazlardandır. Belə olmasaydı, bugündə yerigələndə mənfixarakterli, iblissimalı şəxsləriQaloşaoxşatmaz, Qaloş adlandırmazdılar. RzaTəhmasibimübaliğəsizolaraqAzərbaycanteatrvə kinosənətininkorifeylərindənbiriadlandırırlar. Milliteatrımızıninkişafındabusənətfədaisininxidmətləriəvəzsizdir.
Bunlar müəllif A.Qorxmazın yazdıqlarıdır.
Həmin filmdə Züleyxa rolunu oynamış Xalq artisti Flora Kərimova bir müsahibəsində deyib ki, epizodlardan birinin çəkilişi zamanı Qaloşun baxışları onu çox bərk qorxudubmuş:
“İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".
Rza Təhmasibin özünü isə filmlə bağlı xatirələri belədir:
“1969-cu il idi, «Mehman» filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən qayıdırdılar, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşdüm. Gülümsündüm. Qadınlardan biri mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən….
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı”…
Rza Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda dünyaya gəlib. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 1901-ciildə o, Məmmədtağı Sidqininaçdığı "Məktəbi-tərbiyə"də dərsalmağabaşlayıb. Məktəbdə onarus, ərəb, farsdilləri, tarixvə coğrafiyafənləri öyrədilib. Beş ilsonra "Məktəbi-tərbiyə"nibitirərək üçsinifliNaxçıvan şəhərməktəbinə daxilolub.
16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub.
1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.
Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi
"Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynayıb. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri olub. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.
Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başlayıb. Film 1943-cü ildə tamamlanıb. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi olub. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilib. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu.
1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görülüb. "Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 80 ildən artıqdır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynayıblar.
Rza Təhmasib bu film haqqında yazıb:
“Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda “Arşın mal alan” yeridir? Sən demə, film elə məqamındaca çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Üç gün sonra isə 18 kinoteatrdan “Arşin mal alan”ın sədası eşidildi".
1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi olub. Bu film 1959-cu ildə istehsal olunub və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film olub. Filmin ssenarisini rejissorun qardaşı, filoloq-alim M. Təhmasib yazıb. Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilib.
Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır ki, bu barədə artıq danışmışıq. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.
Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olub.
Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin parlaq səhifələrini təşkil edir. Rza Təhmasibbəyovlardan olduğuna görə, dəfələrlə həyatda böyük haqsızlıqlarla üzləşib. Rza Təhmasib repressiya illərində olduqca zəngin şəxsi arxivini yandırıb ki, balalarını xilas etsin. Qızı Tamilla xanımın yazdığına görə, atası arxivini yandırandan sonra hönkür-hönkür ağlayıb.
“Hər gecə gözləyirdim ki, gəlib məni də aparacaqlar. Mənə demişdilər ki, kimin evində ərəb əlifbası ilə əlyazma, kitab tapılsa, onun ailəsini də sürgün edirlər. Mən ailəmi kitablarıma, yazılarıma qurban verə bilməzdim. Mən ailəmi deyil, arxivimi qurban verdim”,- deyə Rza Təhmasib arxivini yandırmasının səbəbini qızına izah edərkən bildiribmiş.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Stalin" mükafatı (2-ci dərəcə)
- "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Və sonda onu da qeyd edim ki, xoşbəxt səhnə həyatı yaşayan aktyor ailə həyatında daim bədbəxçiliklərlə üzləşib. O, bir neçə dəfə övlad itkisinin ağrı-acısını yaşamağa məcbur olub. Belə ki, 1937-ci ildə onin ilk nikahından doğulan oğlu Özdəmir Volqa çayında boğulub ölür. Həmin vaxt Özdəmir 15 yaşında idi.
1971-ci ildə Rza Təhmasibin ikinci evliliyindən dünyaya gələn kiçik qızı Aybəniz qəflətən vəfat edib. Bir neçə il sonra Teatr İnstitutunda oxuyan oğlu Araz da ağır xəstəlikdən dünyasını dəyişib.
Bu hadisələrdən sonra şəkər xəstəliyindən əziyyət çəkən görkəmli sənətkarın özünün ayağını amputasiya ediblər. Və 14 fevral 1980-ci ildə 86 yaşlı Rza Təhmasib dünyasını dəyişirb. Mərhum sənətkar Bakıdakı ikinci Fəxri xiyabanda dəfn olunub. Sənətkarın qızı, teatrşünas Tamella Təhmasib atasının həyat və yaradıcılığını onun haqqında yazdığı “Rza Təhmasib” adlı kitabına sığışdırıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


