Məşhur aktyor Çak Norris vəfat edib Featured

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məşhur Hollivud aktyoru Çak Norrisin dünyasını dəyişməsi barədə xəbəri AzərTAC xarici mediaya istinadən xəbər verib.

 

Havay adalarında istirahət edən 86 yaşlı aktyorun vəziyyəti anidən dəyişib.

Əfsanəvi aktyorun ölüm səbəbi tam açıqlanmasa da ailə üzvləri hadisənin onun səhhətində baş verən ani və gözlənilməz dəyişiklik səbəbindən olduğunu bildiriblər.

Qeyd edək ki, 10 mart 1940-cı ildə anadan olan aktyorun döyüş idman növlərindəki uğurlarını çəkildiyi filmlərdə də əks etdirməsi canlandırdığı obrazları fenomenə çevirib. Belə ki, onun 1972-ci ildə çəkilən "Əjdahanın yolu" filmində məşhur aktyor Brüs Li ilə Roma Kolizeyindəki döyüş səhnəsi kino tarixinin ən ikonik səhnələrindən biri kimi qəbul edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.