Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb Featured

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinin nəticələri məlum olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının inkişafına yönəlmiş müsabiqə çərçivəsində təqdim olunan layihələr mərhələli qiymətləndirmədən keçərək pitçinq mərhələsinə təqdim edilib.

Pitçinq mərhələsinin nəticələrinə əsasən aşağıdakı film layihələri 2026-cı il üzrə dövlət sifarişi ilə istehsal üçün seçilib:

 

“Türkmənçay” — “Şahdağ Film” MMC, rejissor Elxan Cəfərov

 

“Rəqqa” — “Rakurs Film-Media” MMC, rejissor İsmayıl Səfərəli

 

“Mən, Lalə, bir də o” — İctimai Televiziya və Radio Yayımları Şirkəti, rejissor Rüfət Şahbazov.

 

Seçilmiş layihələr Azərbaycan kino sənayesinin inkişafına yönəlmiş yaradıcı yanaşmaları, aktual mövzuları və müxtəlif bədii həll yollarını özündə əks etdirir.

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi milli kino istehsalının sistemli şəkildə dəstəklənməsi, yaradıcı mühitin stimullaşdırılması və keyfiyyətli film layihələrinin həyata keçirilməsinə şərait yaradılması məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.