İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ən çoxifaetməkistədiyiobrazHamletolub. Buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir: “Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər…”
Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. Əlbəttə ki, şöhrətli aktyor Məlik Dadaşovun oğlu olmaq onun gələcək aktyor taleyini həll edib. Ancaq ilk dönəmlərdə hər şey başqa məcrada cərəyan edib.
Nənəsi, aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olub. Oranı bitirəndən sonra sirkdə işləməyə başlayıb. Rafael Dadaşov valideynlərindən fərqli olaraq əvvəllər aktyor olmaq istəmirmiş. Ancaq iş elə gətirib ki, yenidən Naxçıvana nənəsinin yanına gedib, bir müddət orada nazirlikdə işləyib, diktor kimi fəaliyyət göstərib. Sonra da M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.
Rejissor Tofiq Kazımov 1975-ci ildə onu teatra dəvət edib, deyib, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşıb, amma sınaq rolu kimi ifa edəcəyini bildirib. O, Tofiq Kazımova deyib ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacağam. Ancaq həmin rol aktyora uğur gətirib. O, Akademik Milli Dram Teatrının truppasına daxil olub.
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanan çoxlu tamaşaların iştirakçısı olub.
Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K. Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Bağışla" və "Səndən xəbərsiz" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurlu olub.
Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.
Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M. İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev) və s. maraqlı obrazlar ifa edib.
Aktyoraqarşı uzunillərişlədiyiteatrdamüəyyənhaqsızlıqlarolub. Belə ki, teatrdaonunişdən çıxarılması üçünbeş nəfərsəsverib. Aktyorbuhaqdaverdiyisonmüsahibəsindənbirində deyib:
“Teatrdakimsə özündənseçkiuydurubortalığa çıxarmışdı. Mənimdə adımı gizlisəsvermə yoluilə yazıbdivaravurmuşdular. Adımı siyahıdagörəndə məniağlamaqtutdu. Heç vaxtağlımagəlməzdiki, dostmünasibətində, salam-sağ olumolanadamlarmənimteatrdan çıxmağımı istəsinlər.
Ondaatamgördü mənpərişanam, mənikənara çəkibdedi:
“Bilirsənniyə obeş nəfərsəninəleyhinə səsverib? Onagörə ki, səngüclüsənvə obeş nəfərə maneolursan. Onlarsəninyerinitutmaqistəyir. Sənkədərlənmə, əksinə sevinki, güclüsən.
Bunubirdəfə demişəm, yenə də deyirəm: ƏgərbuteatrsənətinVatikanıdırsa, bizburanınkardinallarıyıq”.
Həyatının son dönəmlərində ölkədə yaşanan teleserial bumu ondan da yan keçməyib, yazıçı Varisin “Sənə inanıram” bestselleri əsasında çəkilən eyniadlı teleserialda əsas rollardan birini alıb, “Xəzər” TV-də yayımlanan serialın praym-taymda ən çox baxılan olmasında onun misilsiz ifası hədsiz rol oynayıb.
Filmoqrafiya
- Bağışla
- Bəxt üzüyü
- Bir anın həqiqəti
- Bir axşam...
- Bir ovuc torpaq
- Dantenin yubileyi
- Əlavə təsir
- Göz həkimi
- Halal pullar
- Xüsusi vəziyyət
- İblis qadın
- İnsan məskən salır
- Qaçaq Süleyman (Qraf Vorontsov)
- Mehmanxana sahibəsi
- Mənim ağ şəhərim
- Mənim günahım
- Min birinci söz
- Musiqi müəllimi
- Sənə inanıram.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Şöhrət" ordeni
Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


