İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dostuvə həmkarı Şahmar Ələkbərovdünyasını dəyişəndə onunqəbri üstünə gedənaktyorməzarlıqdamöhkəmağlayıbdeyir: “Darıxma, qardaşım, məndə tezliklə səninyanınagələcəm”. Buəhvalatdanikiilsonraisə Həsən Əblucrəhmətə gedib...
Bu gün onun anım günüdür...
Həsən Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib.
Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Filmoqrafiya
- Abbas Mirzə Şərifzadə
- Ağ atlı oğlan
- Alman klinikasına şəxsi səfər
- Arxadan vurulan zərbə
- Babək
- Bakıda küləklər əsir
- Bircəciyim
- Birisigün, gecəyarısı...
- Bizim küçənin oğlanları
- Dantenin yubileyi
- Dəli Kür
- Dənizə çıxmaq qorxuludur
- Doğma sahillər
Ailədə 5 qardaş olublar. Həsən Əbluc hələ uşaq vaхtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi yaxşı oxuyan Həsən həm də uşaq yaşlarından yaşlı atasına kömək edirmiş. Atası onun aktyor olmasını istəməyib. Həsən atasının arzusunu nəzərə alıb Politeхnik İnstitutuna daхil olub.
Həsəngili II kursda oхuyanda zavoda aparırlar. Dəmir kəsməkdən Həsənin əlləri kəsik-kəsik olur. İki aydan sonra atası deyir ki, bala, hansı sənətə istəyirsən, get. Həsən II kursu başa vurandan sonra sənətlərini aktyorluq fakültəsinə verir. Və Rza Təhmasibin kursunda təhsil alır.
Həsən Əbluc universitetdə səhnə danışığından dərs deyib. O, öz tələbəsinə aşiq olur, tələbəsindən öncə müsbət cavab almayan sənətkar başqa bir xanımla nişanlanır. Bir müddət keçəndən sonra nişanlısı ilə münasibəti alınmır. Belə olduğu halda öz tələbəsi Firəngizə evlənmə təklif edir. Və onlar ailə qururlar. Bu evlilikdən onların Elnaz adlı qız övladı doğulur.
O, “Dantenin yubileyi”, “Qanlı zəmi”, "Pəncərə" filmlərinə çəkilib. "Pəncərə" filmində Rövşənin atasının epizodik rolunu məharətlə oynayan Həsən bu rolu öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edib.
Həsən Əbluc martın 1994-cü il martın 13-də 51 yaşında ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


