O, kinomuzun gələcəyinə inanır Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Sosial şəbəkə ilə aranıznecədir?

oxpisdir.

-Niyə? Sizcə, bugünsosial şəbəkələrbizə nəsə qazandırır, yoxsabizdənnəyisə alır?

-Bilirsiniz, əvvəlləravtobusda, metrodagedəndə insanlarkitab, qəzetoxuyurdular. Bunlarhamısı ləğvolundu. Bugünkitabamaraq çoxazdır. Ammamənelektronformatdanəsə oxuyabilmirəm. Mənə internetlə nəsə göndərəndə - səhnəcik, yassenari, mənonumütləq çapetdirib, sonraoxuyuram. Çünkitelefondavə yakompüterdə mənonuoxuyabilmirəm. Nədənsə belədir. Məniməlimdə kitabolmalıdır, mənonuoxumalıyam, kitabınqoxusunuhissetməliyəm.

Müsahibələrindən birində aktyor, XalqartistiMəbud Məhərrəmov belə söyləyibdir. İnsan ki kitabı sevdi, demək, onun mədəni səviyyəsi çox yüksəkdir.

 

Məbud Məhərrəmov 12 mart 1957-ci ildə dünyaya gəlib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilib.

2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına, 2006-cı, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına, 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Filmoqrafiya

- Ailə

- Aşkarsızlıq şəraitində...

- Bir anın həqiqəti

- Cavid ömrü

- Dronqo

- Etimad telefonu

- Fatehlərin divanı

- Həyət

- Güllələnmə təxirə salınır!...

- Xüsusi vəziyyət

- İşgüzar səfər

- Hücum

- Qala

- Nə gözəldir bu dünya...

- Onun atası

- Özgə ömür

 

Aktyor bir müsahibəsində çağdaş kinomuz barədə sualı bu cür cavablandırıb:

“-Məbud müəllim, bəzi rejissorlar deyirlər ki, onsuz da, yenə ən çox baxılan filmlər sovet dövründə çəkilənlərdir, buna görə kinoya pul ayırmağa ehtiyac yoxdur. Bəzi rejissorlar isə bununla razılaşmaq istəmirlər. Sizcə, həqiqətənmi kino sənayesi sovet sistemi dağılandan sonra ortaya hansısa yenilik qoya bilməyib, yoxsa biz o yenilikləri görə bilmirik?

-İş orasındadır ki, sovet dövründə "Azərbaycanfilm" kinostudiyası ildə səkkiz, doqquz, bəzən də on film çəkirdi. Bu bir plan idi - çəkməli idilər və dövlət bunun üçün pul ayırırdı. İndi bəziləri deyirlər ki, senzura lazım deyil. O vaxt isə senzura var idi. Rejissorlar məcbur idilər ki, öz fikirlərini, baxışlarını, bəzən vəzifəli şəxslərin xoşuna gəlməyəcək məsələləri bir qədər ört-basdır edərək üzə çıxarsınlar. Ona görə də yaxşı filmlər meydana çıxırdı.

Məsələ ondadır ki, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Müslüm Maqomayev, Rasim Ocaqov, Rza Təhmasib və digər böyük sənətkarlarımız kimi adamlar hər gün anadan olmurlar. İndi bir az fərqli zamanda yaşayırıq - keçid dövrüdür. Mən demək istəmirəm ki, kino çəkmək, tamaşalar qurmaq lazım deyil. Əlbəttə, lazımdır, bu işlər davam etməlidir. Amma sözsüz ki, kinonun gələcəyi var, mən buna inanıram.”

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.