O, dünyaşöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ondan başlayaq ki, o,  2017-ci il 8 yanvarda “Human teatrı"nı edib. Teatrın yaradılmasında məqsəd müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrı-seçkiliyin qoyulmasına qarşı etiraz, əsas ideyası humanizm, gender problemləri, insan hüquqları və hüquq bərabərliyidir. O, "Human teatrı"-nın həm təsisçisi və bədii rəhbəridir.

 

Pərviz Məmmədrzayev 13 fevral 1971ci ildə anadan olub. 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu alıb.

Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib.

1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak edib. Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib, Pantomima Teatrını bu ölkələrdə tanıdıb.

2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayıb, həmin ilin may ayında "Simsar" teatr-studiyasını qurub. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərib. 2013 – 2016-cı illərdə Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb, 2017-ci ildən Azərbaycan Dövlət Musiqili teatrında aktyor kimi fəaliyyət göstərir.

 

 

Teatr Slavomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" adlı ilk tamaşasını 2017-ci il 29 martda göstərib. 2001-ci ildən isə həm də ADMİU– nun "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasında (Səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) və həmçinin "Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət göstərir. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

 

Filmoqrafiya

1. Fatehlərin divanı

2. "Nigarançılıq"

3. "Dirsə xanın oğlu Buğacın boyu"

4. "Salur Qazanın evi talandığı boy"

5. "Dronqo"

6. Əbədi ezamiyyət"

7. "Oyun"

8. "Manqurt"

9. "Arxada qalmış gələcək"

10. "Düyün"

 

Azərbaycan Dövlət Pantomim Teatrı

- Nağaraçılar"-Dikbaş şagird, Müəllim

- "Kvaksafon"-Şikəst Qurbağa.

- "Şərqə səyahət"—Rəngsaz,1-ci Samuray, Keşikçi.

- "Gəldim ki, olam ğəmin hərifi"—Məcnun

- "Karol"—Nəvə

 

Sərbəst fəaliyyət göstərdiyi dövrdə

 

- "Pyerettanın örtüyü"—Naməlum, Arlekin(beynəlxalq proyekt-Rusiya-Gürcüstan-Azərbaycan)və s.

- "Afinalı Timon"—Rəssam, Senator. ("Zəfər" teatrı)

 

"Simsar" teatr studiyası

- "Vaqa" — Marionet.

- "Şaşa-bulbul" — Şaşa(alov).

- "Tanqo-detektivo" — Detektiv.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.