Aida Qafarova: İl ərzində görkəmli teatr xadimlərinin yubileyləri qeyd olunacaq

 

 

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2026-cı il ərzində müxtəlif tədbirlər keçiriləcək. Bunların arasında Səməd Vurğunun 120 illiyi, Abdulla Şaiqin 145 illiyi münasibətilə tədbirlər, həmçinin görkəmli teatr xadimlərinin yubileyləri, gənclərin yaradıcılıq işlərindən ibarət "Baxış-6" festivalı, tamaşaların premyeraları, bədii qiraət müsabiqələri və elmi-praktik konfranslar yer alacaq.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.

O bildirib ki, bu tədbirlər teatr sənətinin inkişafına, gənc istedadların üzə çıxmasına və teatr irsinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Həmçinin Gənclər Günü, Milli və Beynəlxalq Teatr günləri kimi əlamətdar tarixlər də qeyd olunacaq.

Aida Qafarova əlavə edib ki, hər bir tədbir Azərbaycanın, onun mədəniyyətinin, teatrının zəngin tarixini və yaradıcılıq ənənələrini təbliğ etmək məqsədilə təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.