İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Obrazı böyüyündən-kiçiyindən asılı olmayaraq yaratmaq lazımdır. Baş rolla yaddaşlara yazılmaq asan məsələdir. Epizodik rolla bunu etməksə çətindir. Qısa zaçam kəsiyində özünü təsdiqləmək, tamaşaçı rəğbətini qazanmaq əlbəttə ki çətindir. Haqqında bəhs etdiyim aktrisa daha çx ikinci planda görünüb. Amma necə. Tanınaraq, fərqlənərək...
Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olub. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol alıb.
1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa edib.
2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudur. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilib.
28 dekabr 2025-ci il tarixində Ən yaxşı qadın rolu ifasına görə Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatına laiq görülüb– “Əqrəb mövsümü. İki dünya bir olsa da”, İTV, ART Film Baku, 45’22”, 2025
Teatr səhnəsindəki rolları
- Elçin "Ah, Paris… Paris" – Gülbəniz
- B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk
- Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı
- V.Rozov "Şadlıq sorağında" – Fira
- Elçin "Mənim ərim dəlidir" – Qız
- N.Xəzri "Burla Xatun" – Banuçiçək
- Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız
- H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu
Filmoqrafiya
- Dəvətnamə (film, 2003)
- Yanmış körpülər (film, 2007)
- Akademik Yusif Məmmədəliyev (film, 2005)
- Bir dəfə Qafqazda (film, 2007)
- Kuklalar (film, 2009)
- Qayınana (serial, 2011) — Pərvin
- Şəbəkə (film, 2011)
- Qardaşdan yaxşısı yox idi (film, 2010) — Lətifə
“Ədəbiyyat və incəsənət”
(23.01.2026)


