İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycan mədəniyyətinin parlaq simalarından biri, uzun illərdir ölkəmizdə tamaşaçıların sevimlisinə çevrilən, səhnədə və ekranda unudulmaz obrazlar canlandıran aktyor və ssenarist İlham Namiq Kamalın doğum günüdür
"Martın 10-da Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyini qeyd edəcəyik. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı teatr ictimaiyyətinə deyərdim ki, ən böyük bayram hədiyyəsi oldu. Bu 150 illik yubileydə mənim də yarım əsrlik payım olduğundan özümü xoşbəxt hesab edirəm"
Bufikirləribu günlərdə mediayaaçıqlamasındaXalqartisti, “Şöhrət” ordenliprofessor İlhamNamiqKamaldeyib.
“Xatirələrməninə az, nə də çox, düzyarıməsrəvvələ, peşəkarmilliteatrın 100 illikyubileyikeçiriləndövrə apardı. O vaxt mənim 25 yaşım vardı və Milli Dram Teatrında çalışırdım. Bu əlamətdar yubiley tədbiri ilə bağı Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev Sərəncam imzalamışdı. Yubiley tədbiri 1974-cü il may ayının 31-də çox böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirində Azərbaycan SSR KP MK-nın Birinci katibi Heydər Əliyev çıxış etdi. Elə həmin gün SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Lenin” ordeni ilə təltif olundu, kollektivin böyük bir qismi müxtəlif fəxri adlara layiq görüldü. Yarım əsrlik bir müddət keçməsinə baxmayaraq, bu günə qədər milli teatrın 100 illik yubiley tədbiri və tədbirdə Heydər Əliyevin mükəmməl çıxışı xatirələrdədir. Yubiley tədbirindən sonra, bir çox teatrlar maraqlı tamaşalarla tamaşaçılara sevinc bəxş etdilər. Bütün bunlar Ulu Öndərin danılmaz xidmətləri hesab olunmalıdır” - deyə Xalq artisti bildirib.
İndi isə onun həyatı və əmək fəaliyyəti ilə tanış olaq.
İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxıdandır. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb.
Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev", Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.
O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb.
Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.
Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989–1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.
1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışıb. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.
25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 10 mart 2014-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. Aktyor Cəfər Namiq Kamalın qardaşıdır. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.
Filmoqrafiya
- Xatirələr sahili (film, 1972)
- Qızıl qaz (film, 1972)
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Bağçada Rahat Yer (1978)
- Mehmanxana sahibəsi (film, 1978)
- Qayınana (film, 1978)
- Qəribə adam (film, 1979)
- Üzeyir ömrü (film, 1981)
- Evləri köndələn yar (film, 1982)
- Musiqi müəllimi (film, 1983)
- Kişilər (film, 1979)
- Göz həkimi
- Bəyin oğurlanması (film, 1985)
- Qəm pəncərəsi (film, 1986)
- Sehrli çıraq (film, 1987)
- 777 №-li iş (film, 1992)
- Nekroloq (film, 2001)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Adam ol! (film, 2005)
- Evləri göydələn yar (film, 2010)
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


