“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsində 3-cü mərhələyə keçən 10 film Featured

 Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.

Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.

Beləliklə, ümumilikdə 10 layihə 3-cü mərhələyə keçib.

 

“8 gün" (“Alıoğlu Media Group” MMC),

 

“Berqmana məktublar" (“Buta Film” MMC),

 

"Dolu 2" (“CNF” MMC),

 

“Varis" (“Dream Big Company”),

 

“Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti),

 

“Sonuncu qastrol" (“Karvan Production” MMC),

 

“Xalı" (“Mediamaster” MMC),

 

“Qələbə gülü" (“Narimanfilm” MMC),

 

“Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC),

 

“Rəqqa" (“Rakurs Film-Media” MMC)

 

"Türkmənçay" (“Şahdağ Film” MMC).

 

Qeyd edək ki, bu mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamentinin üç nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.