O, kino və ədəbiyyat xəzinəsinə qiymətli töhfələr verib Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həsən Seyidbəyli və İmran Qasımov... Bu tandem ədəbiyyat və kino sahəsinə çox qiymətli töhfələr bəxş edibdir. “Uzaq sahillərdə” filminə yəni bu ölkədə ağlı kəsənlər arasında baxmayanlar tapmaq olarmı? Yaxud, “Cəbhədən cəbhəyə” romanını ilə tanış olmayan varmı?

 

Bu gün Azərbaycan SSR xalq artisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Seyidbəylinin doğum günüdür.

Kinodramaturq və kinorejissor Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Burada 132 saylı şəhər orta məktəbini bitirib. Leninqrad Kino Mühəndisləri İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.

 "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.

"Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olub. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb.

 

Filmoqrafiya

- Bakıdan Göy-gölədək, Böyük yol, Bizim Cəbiş müəllim - rejissor

- Quba bağlarında və Tərtərçay vadisində, Xoşbəxtlik qayğıları - rejissor, ssenari müəllifi

- Doğma xalqıma, Qızmar günəş altında, Uzaq sahillərdə, Şosedə hadisə, Əyri yolla qazanc – ssenari müəllifi

- Telefonçu qız, Möcüzələr adası, Sən niyə susursan?, O qızı tapın - quruluşçu rejissor, ssenari müəllifi

- Kinorejissor Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub.

- Kinonu sevən adam. Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub

 

Təltifləri

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Qırmızı əmək bayrağı" ordeni

4. "Şərəf nişanı" ordeni

 

Həsən Seyidbəyli 25 iyun 1980-ci ildə 59 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.