Xalq artisti Muxtar Maniyevin anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.

 

Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilib. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.

 

Filmoqrafiya

- Koroğlu (film, 1960)

- Qanlı zəmi (film, 1985)

- Qanun naminə (film, 1968)

- Köhnə bərə (film, 1984)

- Qara "Volqa" (film, 1994)

- Qərib cinlər diyarında (film, 1977)

- Qara gölün cəngavərləri (film, 1984)

- Qatır Məmməd (film, 1974)

- Qəzəlxan (film, 1991)

- Qızıl uçurum (film, 1980)

- Qorxma, mən səninləyəm

- Lətifə (film, 1989)

- Nə gözəldir bu dünya... (film, 1999)

- Nəsimi (film, 1973)

- Nizami (film, 1982)

- O qızı tapın (film, 1970)

- Od içində (film, 1978)

- Bizim Cəbiş müəllim (film, 1969)

- Bomba (film, 2005)

- Ömrün ilk saatı (film, 1973)

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar artisti

2. Azərbaycan Respublikasının Xalq artisti

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Muxrat Maniyev 22 dekabr 2016- cı ildə vəfat edib. Bakının Yasamal rayonu Sovetski ərazisində bir məhəlləyə Muxtar Maniyevin adı verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.