İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İxtisaslaşmış aktyor və aktrisa...
Günümüzdə xüsusən bizim kinoda və teatrda beləsini heç əli çıraqla da axtarsan tapa bilmərsən. Ancaq mən birini tanıyıram. Bu gün 70 illik yubileyi qeyd edilən Rəhilə Məmmədovadır o. Möminə Xatunu da yaradıbdır, Nüşabəni də... Üstəlik, Məhsətini də. Hamısı Azərbaycanın lider xanımları – dövlətçilikdə və mədəniyyətdə.
Rəhilə Məmmədova 17 dekabr 1955-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirib, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləyib. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərib
İşlədiyi müddətdə aşağıdakı rolları oynayıb:
- “Şair və Hökmüdar” (Məhsəti)
- “Memarın məhəbbəti” (Möminə xatın)
- “İsgəndərnamə” (Nüşabə)
- “ Qapı” (Ana)
Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı olub. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” tamaşasənən aparıcı olub.
Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Gəlin aktrisanı yubileyi münasibətilə ürəkdən təbrik edək.
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)


