Videoblogger, aktyor, prodüsser... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kinomuzada yeni adlar çövlan edir.

Bu gün onlardan birinin – Taleh Yüzbəyovun doğum günüdür.

 

Taleh Yüzbəyov 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə gedib. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasını bitirib.

2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrında çalışmağa başlayıb, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda rol alıb. 2009–2010-cu illərdə Qazax rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2010-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında işləməyə davam edib, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlayıb.

2017-ci ildə "YÜZ production" şirkətini qurub, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynayıb. 2015-ci ildən kino karyerasına başlamış, "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol alıb. 2016-cı ildən Facebook, Youtube, Instagram sosial şəbəkələrində videoblogger kimi fəaliyyət göstərir

 

Filmoqrafiya

1. Oğlan evi: Azərbaycansayağı qarət

2. 21 sual

3. Qız qaçırtma

4. Tayson

5. Kəklikotu

6. Son nəfəsədək

7. Fəlakət

8. Oxşarabad

9. Beşinci fəsil

10. Ağacdələn.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.