14 yaşından səhnədə olub Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aktyorlar uşaqlıqdan, yeniyetməlikdən səhnəyə maraq göstərirlərsə, daha tez püxtələşir, daha mükəmməl olurlar.

Məmmədağa Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb.

 

Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişik", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol).

Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov) və s. kimi rolları ifa edib.

 

Filmoqrafiya

- General

- Dədə Qorqud

- Yol əhvalatı

- Köç

- Sən nə üçün yaşayırsan

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Əməkdə fərqlənməyə görə" medalı

 

Aktyor Bakıda 3 dekabr 1996-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.