İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əks qütblər, iki antoqonist tərəflər, antonimlər... Bir aktyor həm Qurd Kərim kimi cəsur, mərd, əzazil, ciddi, hətta qorxunc obraz yarada, həm də həm Təlxək obrazı? Razılaşın ki, yalnız fitri istedad lazımdır ki, bu cür iki zidd xarakterlər yarada biləsən.
Atamoğlan Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb.
Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman) obrazlarıdır.
Bu obrazlardan əlavə Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Allah rəhmət eəsin.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)


