Manaf Dadaşov, kadr bir, dubl iki Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu kino ki var, çox qəliz şeydir…

Rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində səsləndirdiyi bu fikir daim aktualdır. Yaradıcı heyət üçün ona görə qəlizdir, nə qədər püxtələşsən belə onun bütün sirlərinə bələd ola bilmirsən. Tamaşaçı üçünsə ona görə qəlizdir, bütün həqiqətləri dərk etmək müşkülə cevrilir bəzən…

Kino və teatr aktyoru kimi iki cəbhədə çalışmaq isə bu qəlizliyə daha ciddi boyalar qatır. Çünki, bu xşar sahələr, əslində kökündən fərqli incəsənətlərdir.

 

Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olub. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil alıb. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur.

Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehrli çırağı" tamaşasında carçıı obrazı olub. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olub. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilib. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı

2. Xeyir və Şər (N.Gəncəvi) — şah

3. Ana qaz (R.Rza) — qonşu

4. Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc

5. Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi

 

YUĞ teatrı

- Günlərin bir günündə (İbrahim İbrahimli)

 

Akademik Milli Dram Teatrı

- Kölgə (Y.Şvarts) — maliyyə naziri

 

Filmoqrafiya

1. Yol yoldaşları

2. Əlvida, cənub şəhəri

3. Hökmdarın taleyi

4. Üfüqü ötənlər

5. Sirr

6. Həkimlər

7. Bir ovuc torpaq

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.