İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həm aktrisa, həm kuturoloq, həm də prodüsser təqdimatı ilə söhbət kimdən gedir? Rada Nəsibovadan. Bir neçə roluna baxmaq kifayət edir ki haqqında ağızdolusu danışasan.
Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərib. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaradıb. Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol alıb.
Teatr səhnəsindəki rolları
1 Oqtay Eloğlu - Sevər
2 Nəsrəddin - Pəri
3 Ağa Kərim xan Ərdəbili- Leyla
4 Təklif - Nataliya
5 Tribunal - Nadya
6 Durnalar qayıdanda - Günay
7 Məhəbbət əzabları - Reyhan
8 Kömürçü ailəsi - Mərziyyə
9 Xurşidbanu Natəvan - Təhminə
10 Mesenat - Tələbə qız
Mükafatları
6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)


