İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Uzaq və yaxın Lütfi Zadə” ekranlara çıxanda, düzü, təəccübləndim. Sənədli film şəkmək – məncə filmlərin ən ağırını, ən məşəqqətlisini dünyaya gətirməkdir. Burada sən reallıqdan, tarixi xronikadan, real görüntülərdən qopa bilmir, təxəyyülə meydan verə bilmirsən. Əslində, həm də monoton bir sahədir. Və bu konkretlik şərçivəsinə sığınıb da bu cür ustalıqla iş ortaya qoymaq, əlbət ki böyük ustalıq və peşəkarlıq tələb edir.
Görkəmli Azərbaycan əsilli Amerika aliminin həyatına və elmi fəaliyyətinə həsr olunmuş bu sənədli film 1998-ci ildə çəkilib (qısametrajlı sənədli film formatında) və TV üçün nəzərdə tutulub. Film Lütfi Zadə ilə bağlı müxtəlif müsahibələri, onun elmi irsini, xaricdəki fəaliyyətini, vətənə münasibətini əks etdirir. Məsələn, film çəkilişi zamanı alimlə ABŞ-da görüşlər olmuşdur. Az büdcə ilə buna nail olunması da bir hünərdir.
Film niyə önəmlidir? Film, dünya elminə böyük təsir göstərmiş bir azərbaycanlı alimin həyat və fəaliyyətini tanıtmaq baxımından əhəmiyyətlidir. Alimin həm “uzaq” (yəni ABŞ və beynəlxalq müstəvidə) həm də “yaxın” (xaricdə yaşayan soydaşlarımız, vətəni ilə əlaqələri) tərəfləri vurğulanır — buna görə də “Uzaq və yaxın” kimi metaforik başlıq seçilmişdir. Azərbaycan elmi və mədəniyyətində belə film-portretlərin çəkilməsi alimin xatirəsinin qorunması və gənc nəslə nümunə olması baxımından əhəmiyyətlidir.
Və bu işi ərsəyə gətirənlər sirasında bir ad da var: Sənan Sultanov!
Aktyor, prodüser, rejissor Sənan Sultanov 29 oktyabr 1978-ci ildə Bakıda dünyaya göz açıb. 4 saylı rus məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Bir çox sənədli filmlərin rejissorudur. Hal-hazırda Azərbaycan Televiziyasının film studiyasında rejissor kimi fəaliyyət göstərir.
Qısametrajlı sənədli-bioqrafik televiziya filmləri rejissoru Sənan Sultanov fəaliyyətlərinə görə 2012-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Filmoqrafiya
1. Uzaq və yaxın Lütfi Zadə
2. Rənglərdə yaşayan kino
3. Biz qayıdacağıq — rejissor asistenti
4. Cavid ömrü — rejissor asistenti
5. Kinolentdə imzası... Həbib İsmayılov (sənədli film) — AZ-Tv rejissor
6. Yaşadım ki, yaşadam. Yaşar Nuri
7. Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (sənədli film) — Az-TV rejissor
8. Muxtar Avşarov xatirələrdə... Az-TV rejissor
9. Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (sənədli film) — Az-TV rejissor
10. Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (sənədli film) — Az-TV rejissor
11. Gülüş fenomeni. Sabit Rəhman (sənədli film) — Az-TV rejissor
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)


