Kinoda yeni dalğa filmlərinin bir nümayəndəsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

3-cü minillik hər şeyi, eləcə də kino dəbini də dəyişməkdədir. Filmlər qısalır, hərəkətlilik önə keçir, magizm, fantastika, fentezi – bunlar sayaq pərçimləmələr, üstəlik, feyk storilər müasir kinonu alfa və zet nəslinə əlçatan edir. Art kino epoxası artıq geridədir, nə qədər çalışsan belə onu geriyə döndərə bilməyəcəksən. Bu gün nə Fellini, nə Kurasava, nə Ryazanov, nə də Ocaqov dəbi geri qayıdası deyil.

 

Yeni dalğada parlayanlarsan biri - rejissor İlkin Umarov bugünkü söhbətimizin qəhrəmanıdır, 30 yaşlıq yubileyini qeyd edən İlkin bu ad gününə xeyli baqajla gəlməyi bacarıbdır.

O, 23 oktyabr 1995-ci ildə Şəki şəhərində anadan olub. 2002-ci ildə Şəki şəhər 8 saylı orta məktəbə daxil olub və 2013-ci ildə həmin məktəbi bitirib. 2004-2011-ci illərdə Şəki şəhər 3 saylı musiqi məktəbində skripka üzrə təhsil aldıqdan sonra bu təhsilini 2011-2013-cü illərdə musiqi kollecində davam etdirib. 2008-ci ildən etibarən bir çox qısa filmin rejissorluğunu, eyni zamanda bir çox filmin və musiqi kliplərinin montaj rejissorluğunu edib.

2011-ci ildə Gələrsən Görərsən - Kinematoqrafçılar İttifaqında Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, operator və ssenarist Vaqif Qulam oğlu Behbudov tərəfindən rejissorluq dərsləri alıb. 2012-ci ildə qardaşı Alik Umarov ilə birlikdə AYFF "Azerbaijani Youth Film Festival" film festivalı üçün ilk filmi olan "Üç Gün" filmini çəkib. Daha sonra 7 il ərzində AYFF-in tərkibində eləcə də fərdi olaraq 9 qısafilmin rejissorluğunu edib.

AYYF 2012-2017 ci illər ərzində təşkilatçılıq və təlimçilik (rejissorluq, video montaj və kinematoqrafiya) edib.

 

Filmləri

1. Yox Bir - Çikaqoda Bir Gecə

2. Bir Sürü Səssizlik

3. Bədii filmin Sənədli filmi

4. Şam Bağı

5. Cinayət və Cəza

6. Melodiya

7. Qumarbaz

8. Sadist

9. Paranoiya

10. Üç Gün part 2

11. Sətirlər

12. Ağ Qara

13. Üç Gün

 

Montaj rejissorluğu

- Şam Bağı "Qısafilm"

- Bir Ev "Televiziya Seriyalı"

- Sayrışan İşıqlar "Televiziya Seriyalı"

- Paster - Gecələr Gündüz "Klip"

- Mc B.u.S - Sərt Üz "Klip"

- Mc B.u.S - Həyata Dirən "Klip"

- Mc B.u.S - Nəyimə Lazımdır "Klip"

- Mason - Three times "Klip"

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.