İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr tariximizdə teatr yaradcıları kimlər olubdur? Kimlər teart yaradıblar? Amalya Pənahova Bakı Bələdiyyə Teatrını, Rafiq Tağıyev Rəşid Behbudov Teatrını,Fikrət Məmmədov "Tələbə Teatrı"nı, Arif Quliyev İsmayıl Şıxlının Adını Daşıyan Teatrı, Mikayıl Mikayılov "Dərnəgül Teatrı"nı,Vidadi Sərdarov "Sərdarov Teatrı"nı,Fəxrəddin Manafov "Mədəniyyət Teatrı"nı yaradıblar. Və əlbəttə ki bu sırada Vaqif İbrahimoğlunun yaratdığı Yuğ Teatrı xüsusi yer tutur.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirib. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.
1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildə yaradıb YUĞ Teatrını, özü də bədii rəhbəri vəzifəsində çalışıb. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu alıb.
Vaqif İbrahimoğlu "YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Teatr Xadimləri İttifaqənən təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı. Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat edib.
Filmoqrafiya
1. Dantenin yubileyi
2. Bağlı qapı
3. Əlavə iz
4. Qəm pəncərəsi
5. Qurama
6. Otel otağı
7. Dağın nəvəsi
8. Pəri qala
9. Sahə
2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)