İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hər rejissor çəkdiyi filmlərdə, qoyduğu tamaşalarda özünü tam ifadə edə bilmir, istəyi ilə əməli uyğun gəlmir. Azərbaycan Respublikasının xalq artisti Xamis Muradov məhz istəyi ilə əməli uyğun gələn rejissorlardandır. Bu gün onun doğum günüdür. 82 yaşı qeyd ediləcək.
Rejissor, ssenarist Xamis Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində, 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil alıb. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyub. 1969–1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsilini davam etdirib.
1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir. 1988–2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik edib. 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləyib.
Filmoqrafiya
- Rejissor assistenti kimi
1. Torpaq. Dəniz. Od. Səma
2. Qanun naminə
- İkinci rejissor kimi
1. Şərikli çörək
- Rejissor kimi
1. Nəsimi
2. Aşıq Ələsgər
3. Daşkəsən
4. Həmid Sultanov
5. Məndə sığar iki cahan...
6. Bahar günəşi
7. Şənlik bizə yaraşır
8. Əbədi qardaşlıq
Ad və mükafatlar
1. Azərbaycan SSR Dövlət mükafatı
2. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qızıl Çıraq" Milli Kino Mükafatı
4. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)
İnci Məmmədzadə