Həm nazir, həm də teatr aktyoru Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, həm Azərbaycanın teatr aktyoru və həm də dövlət xadimi olan Nizami Həmzəyev barədədir növbəti söhbətimiz.

 

O, 12 sentyabr 1943-cü ildə Naxçıvanda anadan olub. Valideynləri Zəroş və İbrahim Həmzəyevlərdir. Yəqin Zəroş Həmzəyeva adı sizə tanış gəldi. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Zəroş xanım Nizaminin anasıdır.

Səhnəyə ilk dəfə 3 yaşında çıxmışdır. 9 yaşından başlayaraq teatrın tamaşalarında sözlü rollar oynayıb. Naxçıvandakı 2 saylı orta məktəbi bitirib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasında çalışıb.

Şəhər pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedoqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor işləyib. 1996-cı ilin fevralından 2004-cü ilin aprel ayına kimi Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri olub. 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilib.

 

İfa etdiyi əsas rolları

1. "Canlı heykəl", Süleyman Rəşidi — Mahir

2. "Durna", Süleyman Rüstəm, Səid Rüstəmov — Surxay

3. "1905-ci ildə", Cəfər Cabbarlı — Eyvaz

4. "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram

5. "Od gəlini", Cəfər Cabbarlı — Elxan

6. "Sevil", Cəfər Cabbarlı — Gündüz

7. "İldırım", Cabbar Məcnunbəyov — Polad

8. "Vaqif", Səməd Vurğun — Əli bəy

9. "Mehmanxana sahibəsi", Karlo Qoldoni — Fabritsio

10. "Anacan", Yusif Əzimzadə — Kamal

11. "Məşədi İbad", Üzeyir Hacıbəyov — Həsən bəy

12. "Qaynana", Məcid Şamxalov, Zakir Bağırov — Əli

13. "Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov — Bəbirli

14. "Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev — Ədalət

 

O, 22 iyul 2021- ci ildə, 77 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.